"Kapital Menecment İnvestisiya Şirkəti" ASC 2017-ci ili 95 min manat xalis zərərlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2016-cı ilə nisbətən 53,6% azdır.
Ötən il "Kapital Menecment"in əsas gəlirləri 48 min manat, əsas xərcləri 148 min manat, məzənnə fərqindən zərəri 4 min manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 8 min manat təşkil edib.
Bu il yanvarın 1-nə investisiya şirkətinin aktivləri 190 min manat olub ki, bu da illik müqayisədə 18,5% azdır. 2017-ci ildə "Kapital Menecment"in öhdəlikləri 16,8 dəfə artaraq 55 min manata çatıb, balans kapitalı isə 41,2% azalaraq 135 min manata düşüb.