Hazırda investorları düşündürən əsas məsələlərdən biri də 2019-cu ildə hansı sahəyə və ya maliyyə alətinə pul yatırmaqdır. Dünyada baş verən iqtisadi qeyri-stabillik investorları hansı sahəyə pul yatırım sualına cavab tapmaqda çətinlik yaradır. Bəs ölkəmizdə fəaliyyət göstərən investisiya şirkətlərinin rəhbərləri nə düşünür? FED.az investisiya şirkətlərinin rəhbər şəxlərinin fikirlərini təqdim edir.
Eləcə də bax: "Azərbaycanda gömrük prosedurları xeyli sadələşdiriləcək" - MÜSAHİBƏ
Tural Bayramov Xalq Kapitalın direktoru :
Qızılda volatillik daha aşağıdır. 1-1 nisbətində qızıla investisiyada böyük itgi yoxdur. Ən azından vəsaitləri qorumaq üçün yaxşı alətdir. Mən səhm bazarına marağı olan biri kimi alternativ enerji mənbələri şirkətlərinin , elektromobilləri istehsal edən şirkətlərin səhmlərinin alınmasını məqsədə uyğun hesab edirəm. Yerli bazarda isə dövlət istiqrazlarına investisiya yatırmağı daha perspektivli hesab edirəm.
Mənsur Məmmədov Plato Menecmentin direktoru:
İnkişafda olan bazarlar, bazarlarda vəziyyət, uzun müddətli investisiyalar üçün nisbətən daha faydalıdır nəinki inkişaf olmuş bazarlarda.
Nəriman Yaqubov PSG Kapitalın direktor müavini:
2019-cu il bütün dünya iqtisadiyyatında bir qədər riskli il olacaq. Yerli bazarda səhm bazarı zəifdir. İnvestisiya üçün dövlət istiqrazlarını məsləhət görərdim. Xarici bazarda isə qızıla investisiya məqsədə uyğun hesab olunur. Həmçinin inkişaf etmiş ölkələrinin uzunmüddətli dövlət istiqrazları da riskdən qorunmaq üçün yaxşı vasitə ola bilər. Səhm bazarı hesab edirəm ki, risklidir , çünki 2019-cu ilin sonuna yaxın dünya iqtisadiyyatında böhran gözlənilir.
Tələt Kalayev Paşa Kapitalın direktor müavini:
Maliyyə Nazirliynin dövlət istiqrazları, xarici avrobondlar 2019-cu ildə bu iki əsas maliyyə alətlərini investisiya etmək üçün daha uyğun hesab edirəm. Fikrimcə bu alətlər daha risksizdir.
“Unicapital” şirkətinin Müşahidə Şurasının müşaviri Tahir Qəribov:
“Hazırda ölkə qiymətli kağızlar bazarında ən cəlbedici maliyyə aləti istiqrazlardır. Həm dövlət, həm də korporativ istiqrazlar investorlar üçün gəlirli alətlərdir. 2019-cu ildə digər cəlbedici bir maliyyə aləti isə törəmə alətlərdir. Xarici bazar üzrə bu il üçün cəlbedici maliyyə alətləri səhmlər və istiqrazlar, eləcə də törəmə maliyyə alətləridir. Dünya iqtisadiyyatında, maliyyə bazarlarında, birjalarda baş verən proseslər birbaşa maliyyə alətlərinin gəlirliliyinə təsir edən amillər olduğundan, investorlar davamlı olaraq prosesləri izləməli və qərarlarını buna uyğun verməlidirlər”.
Ruslan Cəfərov BTB Kapitalın direktoru:
2019-cı ildə investisiya üçün əsas maliyyə aləti kimi dövlət istiqrazlarını görürəm , cari ildə bu istiqrazlarda aktivlik olacaq. Əlavə olaraq yerli repo bazarının bir qədər canlanacağımı demək olar. Korporativ istiqrazlar da canlanma və ehtimal olunur ki, dollarda yeni emissiyalar gözlənilir və son zamanlar müştərilərin daha çox maraq göstərdiyi avrobondlarda xüsusi marağın olacağını deyə bilərəm.