Sahibkarlıq dünyasını fəth etmk qərarına gəlmisiniz? Onda bunu etməyin tam zamanıdır.
Sosial media, kraudfandinq və alternativ kredit variantları və texnologiyanın daimi inkişafı sayəsində, bu il biznesinizi başlamağın ən uyğun zamanıdır.
Haradan və necə başlayacağınızı bilmirsiniz? O zaman sizi 2016-cı ildə ruhlandıra biləcək 19 biznes ideyanı təqdim etmək istərdik.
19. Instagram konsultasiyası
Son illərin təhlilləri göstərir ki. Çoxlu sayda insan İnstagram şəbəkəsindən marketinq aləti kimi istifadə edir. Məlumatlara əsasən bu tətbiq 2015-ci ildə 400 milyon insan tərəfindən istifadə edilmişdi və İnstagramdan marketinq aləti qismində istifadə edən şirkətlərin faizinin isə 2016-cı ildə 48.8%-ə çatacağı gözlənilir.
18. Qadın sağlamlığı platforması
Qadınların sağlamlığı ilə bağlı 2015-ci ilədək çoxsaylı iri ünsiyyət platformaları yaradılmışdı və bu il onların sayı getdikcə daha da artır. Həmin platformalarda qadınlar bir-birlərinə məsləhətlər verir, qadın düşüncələrini bölüşür, gender problemlərini müzakirə edir, öz bizneslərini qurmaqla bağlı bir-birlərinə dəyərli məsləhətlər verirlər. Həmçinin qadın sağlamlığına dair tövsiyyələr verən platformalar da mövcuddur.
17. Hədiyyə qutularının abunə xidmətləri
Belə xidmətlər qida, gözəllik və hətta ev heyvanları üçün məhsullar sektorunda meydana gəlir. Həmin qutu xidmətinin əsas üstünlüyü onların müxtəlifliyidir və yazıların fərqliliyidir. Bu da hər dəfə sürpriz abu-havası yaradır və insanların canını sıxmır.
16. Milenyum nəsli üçün sağlamlıq klubları
Milenyum nəslindən olanlar digərlərinə nisbətən az miqdarda alkoqollu içkilər içir və əsasən sağlamlıqlarına diqqət ayırırlar.
Bu nəslin cavanları üçün müəyyən edilmiş idman-sağlamlıq mərkəzləri və ya fitnes-mərkəzi açmaq həmin trenddən yaxşı gəlir əldə etməyin ən gözəl yolu ola bilər. Buna görə sağlamlıq və fitnes xidmətləri göstərməyə başlaya bilərsiniz. Xüsusilə də gənclərlə və potensial müştərilərlə sıx əlaqə qura bilmək üçün sosial şəbəkələrdə güclü, əyləncəli və cazibədar akkaunt yaratmaqla buna nail ola bilərsiniz.
15. Uşaqlar üçün applikasiyalar və ya tətbiqlər
Uşaqlar sizin gələcək müştərilərinizdir, ona görə də onların loyallığını qazanmaq üçün onlara uyğun tətbiqlər yaratmaq heç də pis ideya deyildir.
Statistikaya nəzər salsaq görərik ki, dörd uşaqdan üçündə mobil qurğu vardır. Bu hal isə onlar üçün uyğun tətbiqlər yaradacaq insanların uğur qazanacaqlarına zəmanət verir. Əgər həmin tətbiqlər təhsil və sağlamlıqla bağlı yaradılarsa, o zaman onların valideynlərinin də rəğbətini qazanmış olacaqsınız.
İlk olaraq, uşaqlara həsr edilmiş kiçik applikasiyaları (tətbiqləri) layihələndirməklə başlaya bilərsiniz.
14. Tullantıların təkrar emalı
Bəzi ev sahiblərinin kağız, şüşə və plastik tullantılar üçün ayrı zibil yeşikləri vardır. Lakin onlar zibilliyə tullandıqda ətraf mühit üçün həddən artıq təhlükəli olan elektronikanı və batareyanı lazımi səviyyədə təkrar emal etmək üçün kifayət qədər səy göstərmirlər. Bu zaman siz onların bütün elektron tullantılarını (yəni köhnə televizorları, kompyuterləri, mobil telefonları və s.) yığıb, həmin malları yerli elektonika emalı məntəqəsinə müvafiq məbləğ əvəzində gətirib təhvil verə bilərsiniz.
13. Proqram təminatı üzrə təlim
Əgər siz proqram təminatı sahəsində təcrübəli mütəxəssissinizsə, o zaman biliklərinizdən istifadə edib, onları bilik və bacarıqlarını artırmaq istəyən həvəskar və peşəkarlara təklif edib pul qazana bilərsiniz.
Proqram təminatı ilə bağlı texniki təlimat kitabçaları mövcud olsa da, onlar çox bahalı və anlaşılması çox çətindir. Buna görə də siz nisbətən aşağı məbləğə çoxlu sayda kiçik qruplar yığa və ya fərdi dərslər keçə bilərsiniz. Bunun üçün tədris cədvəlini qurun, proqramınızı tutun, saathesabı təlim məbləğini müəyyənləşdirin və yarım günlük işə başlayın.
12. Sağlamlıq və ya səhiyyə ilə bağlı konsultasiya
Səhiyyə ilə bağlı müstəqil consultant kimi siz xəstəxanalar, laboratoriyalar və həkim ofisləri kimi təşkilatlar üçün məlumatların idarəedilməsi və analizi xidmətlərini təklif edə bilərsiniz.
Bu da həmin müəssisələrə səmərəliliyini artırmaq və pullarına qənaət etmək üçün problemin həll yolunu göstərən bir vasitəyə çevriləcəkdir.
Sizin marketinq və ya iqtisadi təhsiliniz də varsa, o zaman bu sahədə ondan ən yaxşı şəkildə istifadə edə bilərsiniz.
11. Restoran-furqon
Yemək həvəskarları üçün bu, gözəl biznes ideya ola bilər.
Bu tipli restoran-furqon adi restoranlarla müqayisədə nisbətən ucuz investisiyadır. Mobi Munch yaradıcısı Coş Tanqın sözlərinə görə furqon tipli restoranların gəlirdə uduzmaq faizi cəmi 10-20% təşkil edir (adi restoranlarda bu faiz 60-90% arası dəyişir). Sadəcə olaraq, həmin furqon-restoranları düzgün avadanlıqla təchiz etmək və möhtəşəm reseptlərlə təmin etmək lazımdır ki, bu da mobil yeməkxananızı açıb uğur qazanmağınızda sizə kömək olsun.
10. Frilansinq
Şirkətlər son zamanlar daha çox ştatdankənar mütəxəssislərə üstünlük verir və onlara müraciət edirlər. Freelancer.com saytının məlumatına əsasən saytda milyondan çox frilans layihələri həyata keçirilmiş və ən çox tələb olunan frilans xidmətləri məlumatların daxil edilməsi, akademik yazılar, Excel layihələri, məlumatların emalı, veb axtarış kimi xidmətlər və facebook-da əksini tapmış işlərdir. Həmin iş və ya xidmətlərə görə ödəniş layihədən asılı olaraq və ya saathesabı şəkildə həyata keçirilə bilər.
9. Mobil konsultasiya
Mobil texnologiyalar demək olar indi istənilən biznes üçün zəruri və lazımi bir şeydir. Mobil həllərə ehtiyacı olan bizneslər üçün siz bu mobil konsultasiya xidmətini təklif edə bilərsiniz ki, bu da sizin üçün zəngin biznes imkanıdır.
8. Tərcümə xidmətləri
Xidmətlər və istehlakçılar bazarı hazırda sərhədsizdir və Çindən tutmuş Meksikaya qədər bütün əraziləri əhatə edir. Elə məhz bu vəziyyət də tərcümə xidmətinə olan ehtiyacı və tələbatı artırır.
Amerika Bürosunun Əmək Statistikası üzrə Peşəkar Perspektivlər adlı Təlimat Kitabçasına əsasən sinxron tərcüməçi və yazılı tərcüməçilərin icarəyə götürülməsi prosesinin 2022-ci ilədək 46%-ə qədər artması planlaşdırılır. Bu göstərici bütün tərcüməçilərin ümumi orta sayından qat-qat artıqdır. Bu isə o deməkdir ki, xarici dildə danışanları bir araya gətirərək bunu bir xidmət şəklində tərcüməçilərə ehtiyacı olan şirkətlərə təklif etməyi bacaran sahibkarlar üçün bu, gözəl biznes imkanıdır.
7. İşçilərə nəzarət xidmətləri
Yardımçı şəxslər olmadan əməkdaşların iş effektivliyini müəyyən etmək müasir mobil nəsli dövründə çətindir. Xüsusi hesablama sistemləri vardır, halbuki işəgötürənlərin onları öyrənmək üçün kifayət qədər vaxtları yoxdur. Bunun üçün əməkdaşlara nəzarət xidmətləri, eləcə də insan qaynaqları (kadrlar) funksiyalarını icra edən xidmətlər fəaliyyət göstərir, məhz bu növ biznesi qurmaq sizin üçün gəlir gətirən bir məşğuliyyətə çevrilə bilər, çünki indi bunlara böyük tələbat vardır.
6. Səyyar səyahət salonları
İnsanların nəinki səhiyyə, o cümlədən digər xidmət sferaları ilə bağlı ehtiyacları get-gedə artır. Bu istiqamətlərdən biri də səyyar gözəllik salonlarıdır. Bu tipli salonlar sizə imkan verir ki, evinizdə otur-otura gözəl görünəsiniz. Bu tip salonlar evinizdən çıxmadan sizə evinizə gələrək saç, manikür, pedikür və s. bu kimi gözəllik xidmətləri göstərəcəkdir.
Bunun üçün həmin səyyar salonla əlaqə saxlayıb onları evə dəvət etmək kifayətdir. Səyyar salonun ustaları evinizdə sizi bəzəyərək gözəl və baxımlı görünmənizi təmin edəcəklər.
5. Sağlam qida satışı təklif edən avtomat maşınlar
Öz sağlamlığının keşiyində duran və məhdud vaxta sahib olan amerikanlar bütün günü hərəkətdə olurlar, buna görə də tez və lakin sağlam qida axtarırlar.
Bunu nəzərə alaraq sağlam və yaxşı qida təklif edən ixtisaslı şirkətlər yeni satış imkanları barədə düşünmüş və nəticədə sağlam qida satışı təklif edən avtomat aparatlar françayzinqini təklif etmişlər. Daha yaxşı qida və içkilərlə zəngin avtomat aparatları almaq və ya xidmət göstərmək imkanı təklif edən şirkətlərin və franşizalar mövcuddur.
Maraqlanan sahibkarlar ya mövcud avtomat aparatlar biznesi franşizasını aça bilər, ya da məktəb və ofislərə həmin avtomat aparatlardan sağlam və münasib qiymətə qəlyanaltı və məhsullarla zəngin satış həyata keçirə bilərlər və bununla da həmin müəssisələrə daha sağlam qalmaqda kömək etmiş olacaqlar.
4. Smartfonların təmiri
Smartfonlar həm biznes, həm də şəxsi istifadə üçün çox zəruri olmuşlar. Lakin siz heç öz smartfonunuzu təmir elətdirməyə cəhd göstərmisiniz? Əgər belə cəhdi göstərmisinizsə, onda gözəl bilirsiniz ki, smartfonu təmir elətdirmək çox baha başa gəlir və demək olar, onun satış qiymətinə bərabərdir. Pensilvaniyada yerləşən və smartfon təmiri üzrə uğurlu mağazalar zəncirindən ibarət olan iDropped kimi smartfon təmiri xidmətləri artıq bütün ölkə ərazisinə yayılmışdır. Əgər siz də qırılmış və ya zədələnmiş ekranların düzəldilməsində və smartfonun texniki problemlərinin həllində yaxşı bacarığa maliksinizsə, o zaman yaxşı pul qazanmaq üçün özünüzə bir münasib smartfon təmiri emalatxanası və ya xidməti aça bilərdiniz.
3. Müqavilələrin bağlanması
Daşınmaz əmlak üzrə alqı-satqı firmalarına müraciət edən insanların sayı artdıqca, müqavilələrin savadlı şəkildə tərtib edilməsi prosesində peşəkar dəstəyin göstərilməsinə ehtiyac da artır. Əgər siz də bu prosesdə peşəkar, savadlı və bacarıqlısınızsa, o zaman belə müqavilə bağlama xidmətləri təklif etməyə başlamaqla gözəl biznes aça, və ya öz şirkətinizi qura bilərsiniz. İlk öncə, məsləhət görülür ki, kiçik və sınaqdan keçirilmiş işlərlə başlayasınız və uğur qazandıqdan sonra yavaş-yavaş biznesinizi artırmağa davam edəsiniz.
2. Bizneslərin səmərəliliyinin sınaq yoxlaması
Applikasiyalar (tətbiqlər), mobilyönümlü veb-saytlar və elektron ticarət hər bir biznes üçün mühüm və əhəmiyyətli olmuşlar. Lakin çox vaxt onlar lazımi şəkildə işləmirlər. Səbəblərdən biri də odur ki, şirkət həmişə öz tətbiqlərini və ya proqram təminatını kifayət qədər diqqətlə sınaqdan keçirmir və bu zaman sınaq yoxlaması aparan müvafiq mütəxəssislərə böyük maraq yaranır və sınaq yoxlama xidmətləri üzrə bizneslərə tələbat artmağa başlayır. Məsələn, SOASTA adlı bir şirkət öz müştərilərinə bulud sınağı xidmətlərini təklif edir.
1.Biznes xidmətlər
Şirkətlərdə çox vaxt ştat işçilərinin ixtisarı baş verir və bəzi şirkətlərdə boş qalan ştata yeni mütəxəssislərin qəbulu istəyi olmur. Bunun üçün marketinq, satış, İT və s. bacarıqlara sahib faydalı insanlar vardır, onlar autsorsinq kimi biznes xidmətləri göstərirlər və həmin şirkətlər bu xidmətlərə müraciət edə bilərlər.
Bu məlumat xüsusilə kiçik biznesə başlamaq istəyən sahibkarlar üçün yaxşı və faydalı xəbər ola bilər.
Mənbə: www.businessnewsdaily.com