Amerikanın əmək bazarında işsizlik müavinətlərinin proqnozlaşdırılandan yaxşı dərc edilməsindən sonra dollar indeksində düşüş dayanıb və yüksəliş ehtimalları artıb.
EUR/USD məzənnəsi də 1.17$-ın altında dalğalanır və 1.16$-ın qırılması ilə yenidən ucuzlaşmağa başlaya bilər. GBP/USD məzənnəsi üçün isə önəmli dəstək səviyyəsi 1.38$-dır.
Əlvan metallar bazarlarında qızılın da 1789$-da müqavimətlə rastlaşmasından sonra ucuzlaşa biləcəyi ehtimalları yaranıb. Bu, 1778$-ın qırılması ilə daha da güclənəcəkdir.
Kriptovalyuta birjalarında bitkoinin qiyməti korreksiyasından sonra 67 min dolların qırılması ilə 74 min dollara kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.