Banner

İnvestisiya

  Azərbaycan zavodu qonşu ölkədə - TORPAQ ALIR

 
Azərbaycan zavodu qonşu ölkədə - TORPAQ ALIR | FED.az
20:53 29 Okt 2018

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Türkiyədə torpaq alır.
 
FED.az-ın məlumatına görə, bunu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Gəncədə 2018-ci ilin 9 ayında şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında bildirib.

ELƏCƏ DƏ BAX: Azərbaycan Türkiyəyə test qatarı göndərir – İLK DƏFƏ

E. Hacıyev deyib ki, “Gəncə Avtomobil Zavodu”na gələcəkdə istehsalın həcminin artırılması məqsədilə Türkiyədə “Belarus” traktorlarının istehsalının təşkil edilməsi ilə bağlı Anadolu mərkəzində yer alan Kırıkkale inzibati ərazisindən 5,3 hektar torpaq sahəsi ayrılması ilə bağlı razılıq verilib.
 
Qeyd edək ki, “Gəncə Avtomobil Zavodu” hazırda Türkiyə və Gürcüstanda nümayəndəlikləri fəaliyyət göstərir. Bir müddət əvvəl “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev  Gəncə traktorlarının Türkiyədə yığılmasını və müəssisənin texnikalarının üçüncü ölkələrdə satışını təşkil etməyi planlaşdırdıqlarını bildirib.

Digər xəbərlər

Banner