Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

İnşaat və əmlak

  1. Ana səhifə
  2. İnşaat və əmlak
  1. İnşaat və əmlak

Turistlər, meyvə bağları, Lahıc – İSMAYILLIDA ƏMLAK NEÇƏYƏDİR?

Turistlər, meyvə bağları, Lahıc – İSMAYILLIDA ƏMLAK NEÇƏYƏDİR? | FED.az
19:40 17 Noy 2019

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan İsmayıllı rayonu indi də insanların daha çox üz tutduğu yerlərdəndir. Ölkənin şimal-mərkəz hissəsində yerləşən rayon öz füsunkar təbiəti ilə hamını cəlb edir. Rayonun əsas turistik mərkəzlərindən olan Lahıc dünyada öz misgərliyi ilə şan şöhrət qazanıb. Rayonun ərazisində Talıstan kəndində 4 km şimalda, Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur. FED.az təbii gözəlliyi, turimz imkanları və kənd təsərrüfatı imkanları ilə məşhur olan İsmayıllının daşınmaz əmlak bazarını təqdim edir.  

Otel, şadlıq evi, bank binası, istixana – ŞƏMKİRDƏ ƏMLAK

İstirahət və meyvəçilik bölgəsi

Bol günəş energisi alan İsmayıllı rayonunda meyvəçilik və bostan-tərəvəzçilik geniş yayılıb. İqlim ehtiyatlarının kurort və istirahət məqsədləri üçün də istifadə edilməsi imkanları böyükdür. Son dərəcə mənzərəli olan meşəli dağ yamacları, mülayim iqlim şəraiti sərin mineral bulaqlar şəbəkəsi, olduqca səfalı yaylaqlar ilə fərqlənən rayon ərazisinin kurort- istirahət bölgəsi kimi istifadə edilməsinə böyük imkanlar açır. Buna görə də bu ərazidə daşınmaz əmlak alqı-satqısı əsasən yaz-yay mövsümündə dirçəlir. 

Yeni zavodlar Azərbaycanın bu şəhərində – ƏMLAKI KƏSKİN BAHALAŞDIRIB

Turistlər əmak bazarını dəyişib

İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər - İsmayıllı, ikisi şəhər tipli qəsəbə - Lahıc, Basqal, yüz altısı isə yaşayış məntəqələridir. Dağlarla əhatələnmiş, gur çaylarlariyla zəngin olan rayonun paytaxt Bakıya yaxınlığı (2 saatlıq məsafədir) onun perspektivini daha da artırır. İlin demək olar ki, 3 fəslində bu bölgəyə istirahət üçün gələnlərin sayı ilbəil artır. Bu isə kənd evlərinin kirayə verilməsi, həmçinin alqı-satqı prosesinə müsbət təsir göstərir. Lakin gələnlərn əksəriyyəti xarici turstlərdən çox yerli insanlardır. Əcnəbilər bir qayda olaraq İsmayıllının zəngin tarixi olan Lahıc, Buynuz, Xanəgah, Talıstan, Cülyan, Basqal kimi qəsəbələrə daha çox gəlirlər. Bu kəndlərdə evlərin günlük kirayə qiyməti 50 manatdan başlayır. Həmin məbləğə 4 nəfərin rahat qala biləcəyi 2 otaqlı ev götürmək olar. Evin içərisində yataq dəstləri, televizor, digər mebellər, mətbəxdə lazımi avadanlıqlar, sanitar qovşaqlar yerləşdirilib.

İsmayıllı-Qəbələ yolü üzərində yerləşən ərazilər əcnəbilər üçün daha cəlbedicidir. Bu, həm də infrastrukturun əlverişli olmaması, yolların xarici tursitlərn tələblərinə cavab verməməsi ilə bağlıdır.

Turistlər İmişlidə kirayəni necə artırdı? – ƏMLAK BAZARI

Gəlirli sahə – MEYVƏ BAĞLARI

İsmayıllıda daşınmaz əmlak sahibi olmaq həm də əlverişli biznes qurmaq deməkdir. Burada  torpaq alqı-satqısında ən əlverişli biznes bağların alınmasıdır. Bu zona alma, fınqıd bağlarıyla məşhurdur. Topcu kəndində satışa çıxarlan 6 hektar torpaq sahəsini almaqla həm evə, həm də biznesə sahib olmaq imkanı yaranır. Ərazinin qiyməti cəmi 60 min manata təklif edilir. Bu halda torpağın bir sotu da 100 manata düşür. Ərazinin 3 hektarında findiq bağıdır. Bağlardakı ağaclar 8 ildir bar verir. 1 ha sahədə fındıq bağından ildə alınan məhsul ortalama 3 tona yaxındır. Bakı səhərində həyət evi ilə də barter olunur.

Bakıdakı «novostroyka»larda mənzillər neçəyədir? - SATIŞ QİYMƏTLƏRİ - SİYAHI

Torpaq sahələri – hektarı 400-900 manatdan başlayır

İsmayıllıda torpaqlar bahalaşıb. 3-4 il əvvəl 1 hektarı 500-600 manata təklif olunan torpaq sahələrini indi həmin qiymətə tapmaq çətindir. 400-900 manat arası təklif olunan sahələr isə hələ də qalmaqdadır. Pay torpaqlardan artıq müxtəlif təsərrüfatlar yaradılıb. Bununla belə 2 min 500 manata İsmayilli rayon Topçu kəndində 8 sot həyətyanı sahə almaq mümkündür. Ərazidə su, qaz, işıq var, yanından yol keçir, həyətdə meyvə ağacları da var. Qəbələ-Bakı avtomagistral yolunun 10 dəqiqəlik məsafəsində yerləşən sahənin çatışmayan yeganə cəhəti bələdiyyə sənəd ilə olmasıdır.

Bağ salmaq, əkin əkmək üçün hər cür şəraiti olan  400 sot əkin sahəsini isə İsmayıllıda 17 200 manata almaq olar. Ərazi şosse yolunun yaxınlığındadır. Üzüm bağı, badam bağı ilə qonşu olması ərazidə bu meyvə və çərəzin əkilməsi ideyasını diqtə edir. Digər tərəfdən əkin sahəsi olaraq noxud və yonca da əkmək mümkündür. 230 sot torpağı 200 min manata təklif edənlər isə onun istirahət zonasına yararlı olduğunu düşünürlər. Yol kənarında yerləşən bu ərazidə daimi olaraq su, elektrik enerjisi var. Yola nəzarət edən aidiyyatı qurumun icazə sənədi olan ərazi dekorativ ağaclarla bəzədilib.

Azərbaycanda daha bir şəhərdə - GÜZƏŞTLİ MƏNZİL TİKİNTİSİ BAŞLAYIR

Lahıcda da torpaq alıb ev tikmək olar

Turistlərin böyük rəğbətini qazanan Lahıc qəsəbəsində ekoloji təmiz mənzərəli ərazidə, meşə ilə üzbəüz, Lahıc su anbarının yanında, hər növ istifadə üçün sotu 1300 manatdan torpaq sahəsi satışa çıxarılıb. Bütöv sahə 12 sotdur. Satıcı ərazini tam alacaq adama qiymətdə endirim də təklif edir. 12 sot bütöv olmaqla hamısı alınsa, 15 000 manatdan satıla bilər. Ərazidə elektrik,telefon xətləri mövcuddur. Ərazi dəmir torla çəpərə alınıb. Həyətdə meyvə ağacları – qoz, fındıq, armud, çaytikanı,böyürtkən kolları və s. var. Çıxarışı var.

Gürcüstanda hansı əmlakı neçəyə almaq olar? - ƏMLAKLAR, QİYMƏTLƏR, ŞƏRTLƏR

Kirayə evlər – turistlər və ...ərəblər üçün

İsmayıllının dörd bir yanı dağ, meşə, cay və çəməndir. Təbiətə baxıb zövqlə istirahət etmək istəyənlər üçün hər şəraiti və təchizatı olan yüksək şəraitli evlər əlçatan qiymətə təklif olunur. İsmayıllıda əmlaklar, turizm üçün cəlbedici olan kənd evləri digər regionlarla müqayisədə ucuzdur. Əmlakçının bildirdiyinə görə, ən ucuz və sahibi ilə birlikdə təklif edilən kirayə evlərin qiyməti bir gecə üçün 30 manatdan başlayır. Sahibi olmadan evlərin qiyməti isə 40-50 manata təklif edilir. Ev alqı-satqısı, kirayəsi ilə bağlı internet resurslarında İsmayıllı rayonu kirayə kənd evləri elanlarıyla bağlı 2-ci yerdə qərar tutub.

Əlində pulu az olanlar üçün - İPOTEKA İMKANI – AZƏRBAYCANDA YENİLİK

Villa kirayəsi 100 manatdan başlayır

Villaların günlük kirayə qiyməti bir qayda olaraq 100 manatdan start götürür. Burda həmin villanın yerləşdiyi kəndin ərazisi də rol oynayır. Məsələn, Küpüc dagının ətəyində, təbiət qoynunda Qəbələ yolunun üstündə yerləşən əla təmirli 4 otaqlı evdə 10-12 nəfər qonaq rahat yerləşə bilər. Evdə WIFI internet və hər cür məişət əşyaları da var. Şəraiti isə ən müasir standartlara cavab verir. Evdən 200 metr aralıda hündür şəlalə, Ağarçay və iri göl də var. Bu cür evin bir gecəlik kirayə haqqı cəmi 160 manatdır.

Villaların həyətində də istirahət üçün məkanlar qurulub. Burda qalmağa üstünlük verən şəxslərə manqaldan tutmuş samovaradək, həmçinin çimmək üçün hovuz və meyvə bağları təklif edilir. Həyətdə hovuzu olan evlərin qiyməti 1 gün üçün 200-300 manat arasında dəyişir. Həmin villaların sahəsi də daha geniş olur və bəzən  3-4 ailə də qala bilər. Qeyd edək ki, bu cür villalar son dövrlər daha çox ərəbləri cəlb edir. Onlar bu cür villaları bir neçə ailə olmaqla kirayələyirlər.

Yerli sakinlər mərkəzdəki evləri kirayələyir

Rayon mərkəzində kirayə evlərə tələb əsas turist kəndlərinə nisbətən xeyli aşağıdır. Burada həyət evlərinin 1 gün üçün kirayəsi 40 manatdan başlayır. Bu qiymətə 2 otaqlı yaxşı təmirli və işərisində əşyaları olan evlər kirayələmək olar. Sahəsi böyük olan evlərin qiyməti isə 60-70 manat arasında dəyişir. Rayonda 2 mərtəbəli evlərin günlük kirayəsi 80 manata başa gəlir. 

Kirayə üçün bina evlərinin seçilməsinə çox az hallarda təsadüf olunur. İsmayıllıda bina evlərini əsasən yerli sakinlər uzun müddət yaşamaq üçün kirayələyirlər. 2 otaqlı evin bir aylıq kirayə haqqı 150 manatdan başlayır. 3-4 otaqlı evlər isə aylıq 200-250 manata verilir. Bu qiymətə yüksək səviyyəli təmiri və əşyaları ilə birgə təklif edilən evləri kirayələmək mümkündür. 

Kommersiya obyektləri

Obyekt alqı-satqısında isə durğunluq müşahidə olunur. Əmlak satışı ilə məşğul olan Asim Nəzərovun bildirdiyinə görə, yol kənarındakı obyektlər 50-60 min manatdan başlayaraq təklif olunur.  Qiymətin artımında ərazinin sahəsi, yerləşdiyi yer və içindəki tikilinin kvadrat metri rol oynayır.  İsmayıllının mərkəzində obyektlərin satış qiymətləri digər ərazilərə nisbətən baha olur - 1 kvadratmetri 1000 manatdan başlayır. Ticarət mərkəzlərinə və əsas yola yaxın olan ərazilərdə bu qiymət 1500-2000 manat arasında dəyişir. 

Bina evləri – 25-30 min manatdan başlayır

İsmayıllıda bina evlərinin qiyməti elə də ucuz deyil. Əsas mərkəz ərazi sayılan Heydər Əliyev prospektində 1  otaqlı evlərin qiyməti 25-30 min manat arasındadır. Qeyd edək ki, bir müddət əvvəl bu qiymət 30-35 minə təklif edilirdi. 2 otaqlılar 35-40 min manat, 3 otaqlı evlərin qiyməti isə 50 mindən yuxarıdır. Evlərin alıcıları isə daha çox yerli sakinlərdir. Başqa yerlərdən gedib İsmayıllıda ev alanların sayı çox azdır.

Yeni tikililərdə isə mənzilin 1 kv metri 500-600 manatdan başlayır. Bina evlərinin satışı çox zəifdir. Bu da başadüşüləndır – elə təbiəti olan rayonda kim həyət evini qoyub binada yaşamaq istəyər ki?

20-30 min manata da ev almaq olar

Həyət evlərinin satış qiyməti isə rayon mərkəzində 70-90 min manat arasında dəyişir. Qiymət fərqi evin ətrafındakı həyətyanı torpağın sahəsindən və yerindən asılı olaraq dəyişir. Mərkəzdən kənarda  evlərin satış qiyməti 55-65 min manatdır. Kənddə isə 20-30 min manata da ev almaq olar. İsmayıllıda çox nadir hallarda sakinlər evlərini satırlar. Ona görə də əmlak bazarı bu bölgədə xüsusi aktiv deyil. Pay torpaqları satılıb tükənib, yeni təkliflər azalıb, kənd evlərinin qiymətinin aşağı olması isə onun ümumiyyətlə satılmaması qərarını möhkəmləndrib. Yalniz turistik zonalarda həyət evlərini 60 min manatdan başlayan  qiymətlərə almaq olar.  Villaların satış qiyməti isə orta hesabla 80 -120 min manat arasında dəyişir.

 

 

 

Banner
Banner
Paylaş

Digər xəbərlər

“Evrostroy” Azərbaycan bazarına çıxmaqda maraqlıdır
İnşaat və əmlak 29 Mart 2023
“Evrostroy” Azərbaycan bazarına çıxmaqda maraqlıdır
Bakıda mənzil və evlərin qiymət artımları - AÇIQLANDI
İnşaat və əmlak 29 Mart 2023
Bakıda mənzil və evlərin qiymət artımları - AÇIQLANDI
"Kupça" almaq istəyənlərin nəzərinə: Əmlak Reyestrinin sədri - ŞƏKİDƏ VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK
İnşaat və əmlak 28 Mart 2023
"Kupça" almaq istəyənlərin nəzərinə: Əmlak Reyestrinin sədri - ŞƏKİDƏ VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK
Azərbaycanda özbaşına tikililərə elektron nəzarət ediləcək – YENİ LAYİHƏ
İnşaat və əmlak 28 Mart 2023
Azərbaycanda özbaşına tikililərə elektron nəzarət ediləcək – YENİ LAYİHƏ
Bakıda evlər - BAHALAŞDI - QİYMƏTLƏR
İnşaat və əmlak 28 Mart 2023
Bakıda evlər - BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda “Kaspian Speşialist Servises"ə məxsus təhlükəli kranın - FƏALİYYƏTİ DAYANDIRILDI
İnşaat və əmlak 28 Mart 2023
Bakıda “Kaspian Speşialist Servises"ə məxsus təhlükəli kranın - FƏALİYYƏTİ DAYANDIRILDI
Bakıda inanılmaz kampaniya: 1 mənzil alana, 2-ci mənzil hədiyyə
İnşaat və əmlak 28 Mart 2023
Bakıda inanılmaz kampaniya: 1 mənzil alana, 2-ci mənzil hədiyyə
Fərdi evlərə çıxarış almaq üçün hansı sənədlər lazımdır? - VİDEO
İnşaat və əmlak 27 Mart 2023
Fərdi evlərə çıxarış almaq üçün hansı sənədlər lazımdır? - VİDEO
Yevlaxda da ucuz qiymətə evlərin tikintisi başlayır – MİDA TENDERƏ YEKUN VURDU
İnşaat və əmlak 27 Mart 2023
Yevlaxda da ucuz qiymətə evlərin tikintisi başlayır – MİDA TENDERƏ YEKUN VURDU
Yanvar-fevralda Azərbaycanda istismara verilən evlərin ümumi sahəsi 13,6%, kapital qoyuluşu - 4,4% AZALIB
İnşaat və əmlak 24 Mart 2023
Yanvar-fevralda Azərbaycanda istismara verilən evlərin ümumi sahəsi 13,6%, kapital qoyuluşu - 4,4% AZALIB
Türkiyədə zəlzələdə dağılan binaların cəmi - 5%-İ TİKİNTİ NORMALARINA UYĞUN TİKİLİBMİŞ
İnşaat və əmlak 18 Mart 2023
Türkiyədə zəlzələdə dağılan binaların cəmi - 5%-İ TİKİNTİ NORMALARINA UYĞUN TİKİLİBMİŞ
Kirayə üsulu ilə -  3 287 MƏNZİL VERİLDİ
İnşaat və əmlak 18 Mart 2023
Kirayə üsulu ilə - 3 287 MƏNZİL VERİLDİ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Şimşək çaxacaq, yağış və qar yağacaq - XƏBƏRDARLIQ
    16:41 29 Mart 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 3 NƏFƏR VƏFAT ETDİ
    16:39 29 Mart 2023
  • Maliyyə Nazirliyində - YENİ TƏYİNAT
    16:36 29 Mart 2023
  • Avtomobillərin icbari sığortası üzrə zərər azalıb – AMMA VƏZİYYƏT TEZLİKLƏ DƏYİŞƏCƏK
    16:33 29 Mart 2023
  • “Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
    16:30 29 Mart 2023
  • Azərbaycan Formula-1 turistləri üçün - VİZA ŞƏRTLƏRİNİ SADƏLƏŞDİRDİ - SƏRƏNCAM
    16:26 29 Mart 2023
  • İlham Əliyev Fazil Mustafaya sui-qəsd cəhdini nəzarətə götürüb - PREZİDENTİN KÖMƏKÇİSİ DEPUTATLA GÖRÜŞDÜ
    16:20 29 Mart 2023
  • “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları - AŞKAR EDİLDİ
    16:14 29 Mart 2023
  • Şirkətlər üçün ən sərfəli sığorta növü – YIĞIMLARI KƏSKİN ARTIB
    16:11 29 Mart 2023
  • Yelo Bank kəndlərdə futbolun inkişafına - DƏSTƏK OLUR!
    16:08 29 Mart 2023
  • Azərbaycandan tranzit keçən avtomobillərdən yol vergisi alınacaq - MƏBLƏĞLƏR
    16:02 29 Mart 2023
  • Pepsi loqosunu yenilədi - FOTO - VİDEO
    15:56 29 Mart 2023
  • Qanunsuz tikilən fərdi evlərə - QAZ, SU, İŞIQ VERİLMƏYƏCƏK - YENİ QANUNLAR
    15:47 29 Mart 2023
  • Mərkəzi Univermağın sahibi - VƏFAT ETDİ
    15:25 29 Mart 2023
  • FHN hava ilə bağlı əhaliyə - MÜRACİƏT ETDİ
    15:20 29 Mart 2023
  • Dövlət qurumu bina icarəsi üçün fiziki şəxsə 348 min manat ödəyəcək - TENDER NƏTİCƏSİ
    15:14 29 Mart 2023
  • 3000-dən çox müəllimin maaşına - 35 FAİZ ƏLAVƏ OLUB
    15:11 29 Mart 2023
  • ABŞ və Yaponiyaya məhsul ixrac edən sahibkar qadın: «Cəmi 120 kvadratmetrdə qorxa-qorxa istehsala başladıq» -  VİDEO
    15:05 29 Mart 2023
  • Naxçıvan da kartla işləməyə başladı - NAĞDSIZ TİCARƏT 2,7 DƏFƏ ARTDI
    15:02 29 Mart 2023
  • Azərbaycanda 88 dövlət əmlakı hərraca çıxarılacaq - SİYAHI
    14:57 29 Mart 2023
  • Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə - MÜVƏKKİL İLƏ GÖRÜŞDÜ
    14:53 29 Mart 2023
  • AvtoVAZ Sankt-Peterburqdakı zavodda Lada istehsalına başlayacağını - ELAN ETDİ
    14:49 29 Mart 2023
  • Bakı Şəhər Heyvanat Parkı - TENDER ELAN EDİR
    14:46 29 Mart 2023
  • “Evrostroy” Azərbaycan bazarına çıxmaqda maraqlıdır
    14:42 29 Mart 2023
  • "Bakinşaat Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:36 29 Mart 2023
  • “Air Moldova” Kişineu-Bakı istiqamətində - BİRBAŞA REYS AÇIB
    14:36 29 Mart 2023
  • "Araz Supermarket" - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:29 29 Mart 2023
  • “Bizdə dərman Türkiyədən ucuzdur” dedi - Komitə sədri etiraz etdi
    14:20 29 Mart 2023
  • Oğuz Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    14:18 29 Mart 2023
  • Həbsdə olan sabiq icra başçısının - CƏZASI AZALDILIB
    14:14 29 Mart 2023
  • "Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır" - RƏSMİ
    14:10 29 Mart 2023
  • "ASK Poliqrafiya" MMC "CTS-Agro"nu - MƏHKƏMƏYƏ VERİB
    14:09 29 Mart 2023
  • Prezident avtomobil yolunun tikintisinə 7,8 milyon manat ayırdı - SƏRƏNCAM
    14:06 29 Mart 2023
  • Yağış yağacaq - SABAHIN HAVA PROQNOZU
    13:06 29 Mart 2023
  • Azərbaycanda fermerlər üçün əkin kalkulyatoru - İSTİFADƏYƏ VERİLİB
    13:03 29 Mart 2023
  • Hökumət yeni sənəd hazırlayır - Dərmanların ölkəyə gətirilməsi sadələşdiriləcək
    12:59 29 Mart 2023
  • Ələt Azad İqtisadi Zonasında bir neçə - ƏCZAÇILIQ FABRİKİ TİKİLƏCƏK
    12:55 29 Mart 2023
  • “Azərişıq” şirkəti “Ev Qur” mağazasının, sement zavodunun və balıqçılıq təsərrüfatının enerjisini taladığını bildirir - VİDEO
    12:48 29 Mart 2023
  • 3 qadın sahibkara maliyyə dəstəyi veriləcək - BİZNESDƏ QADINLARIN GÜCÜ
    12:45 29 Mart 2023
  • Əhliman Əmiraslanov: "Dərmanların ölkəyə gətirilməsi ilə bağlı bürokratik əngəllər aradan qaldırılmalıdır"
    12:45 29 Mart 2023
  • Şəki Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    12:40 29 Mart 2023
  • Azərbaycanda 140-a qədər İsrail şirkəti - FƏALİYYƏT GÖSTƏRİR
    12:40 29 Mart 2023
  • Daşkəsən Dəmir Filiz söküntü işləri üçün 944,2 min manat xərcləyəcək - TENDER NƏTİCƏSİ
    12:29 29 Mart 2023
  • Belarusdan Azərbaycana gətirilən kartofda - VİRUS TAPILDI
    12:26 29 Mart 2023
  • Yerli şirkət "Azəriqaz"ı - MƏHKƏMƏYƏ VERDİ
    12:23 29 Mart 2023
  • "Tac Mahal" MTK "Azərişıq"ı - MƏHKƏMƏYƏ VERDİ
    12:18 29 Mart 2023
  • Əli Əsədov və Fuat Oktay Hökumətlərarası Komissiyanın işinə dair müzakirə aparıb
    12:10 29 Mart 2023
  • Dərmanların dövlət qeydiyyatına alınması - QAYDASI DƏYİŞİR
    12:04 29 Mart 2023
  • Xarici KİV: “Rusiyada iqtisadi böhran başlayıb”
    11:58 29 Mart 2023
  • Vergi ödəyicilərinin elektron kabinetə daxil olmaq qaydası dəyişir - XİDMƏTDƏN AÇIQLAMA
    11:56 29 Mart 2023
  • Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 138 milyon manat - İNVESTİSİYA YATIRILACAQ
    11:54 29 Mart 2023
  • Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının - Yeni Modelini Hazırlayır
    11:50 29 Mart 2023
  • Naxçıvanda 2 yeni yaranan milyonluq şirkətlər bölündü
    11:46 29 Mart 2023
  • Türk lirəsi ucuzlaşmaqda - DAVAM EDİR
    11:44 29 Mart 2023
  • "Togg"un nə qədər sifariş aldığı - AÇIQLANDI
    11:38 29 Mart 2023
  • Sumqayıt Texnologiyalar Parkı "ATEF" Şirkətlər Qrupu ilə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    11:36 29 Mart 2023
  • Fazil Mustafa hüquq-mühafizə qurumunun - HOSPİTALINA KÖÇÜRÜLÜB
    11:29 29 Mart 2023
  • Sumqayıtda ödəmə terminalından 2800 manata yaxın pul oğurlanıb
    11:27 29 Mart 2023
  • Azərbaycanda 2100-dən artıq telefonun IMEI kodu - SAXTA ÇIXIB
    11:23 29 Mart 2023
  • Qəbələ Suvarma sistemləri İdarəsi - TENDER ELAN EDİR
    11:19 29 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]fed.az
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!