Əslində Gürcüstanı azərbaycanlılara tanıtmağa ehtiyac yoxdur. Azərbaycanın əsas qonşusu, qərbdə yerləşdiyinə görə, ölkəmizin Avropaya açılan qapısı olan Gürcüstana vətəndaşlarımızın əksəriyyəti səyahət edib.
Eləcə də bax: Avropada əmlakı ipoteka ilə də almaq olar - ÖLKƏLƏR VƏ ŞƏRTLƏR
FED.az xəbər verir ki, çoxsaylı turistik yerləri ilə tanınan Gürcüstanda həm qış, həm də yay turizmi inkişaf edib. Ölkə ərazisində 50-dən çox kurort turizm bölgəsi var, bunlardan ən məşhuru Borjomi və Sxaltubodur. Yay turizmində isə Qara dəniz sahili boyunca yerləşən Batumi və Kobuletti şəhərləri populyardır. Bu ölkəni son zamanlar daha əhəmiyyətli edən, vətəndaşlarının Avropaya vizasız gediş-gəlişdir. FED.az-ın məlumatına görə, 500 mindən çox soydaşımızın yaşadığı bu ölkənin əmlak bazarına Azərbaycan vətəndaşlarının da marağı ilbəil artır.
Gürcüstanın daşınmaz əmlak bazarı
Transmilli korporasiyalar və turist ordusu tərəfindən hələ tam “zəbt” edilməmiş Gürcüstan kimi ölkələrdə əmlak bazarı sektorunda xeyli imkanlar mövcuddur. Hazırda Gürcüstan indi turistlər, sərmayədarlar və biznesmenlərin rəyi hesabına özünün yeni, müsbət imicini formalaşdırır. 2005-ci ildə Tiflis hava limanına 547 min insan gəlmişdisə, 2016-ci ildə bu rəqəm 2,2 milyona catmışdı.
Xaricdə əmlak satışı barədə - BÜTÜN MƏLUMATLAR - SİYAHI BURADA
Getdikcə daha çox insan Gürcüstanin Avropada istirahət eləmək üçün ən əlverişlı məkan olması qənaətinə gəlməyə başlayıb. Ölkəyə Rusiya, Azərbaycan, Türkiyə, İran, Ukrayna, Avropa Birliyi və təbii ki, ərəb ölkələrindən turistlər gəlir. Əcnəbilərin Gürcüstana artan marağı daşınmaz əmlak bazarına və buradakı qiymətlərə də təsirsiz ötüşməyib. Və Gürcüstanda əmlaka investisiya yatırmağın Qafqazda pul xərcləməyin ən əlverişli yolu sayanların sayı artmaqdadır. Azərbaycan vətəndaşları da son illərdə Gürcüstanda daha çox daşınmaz əmlak almağa başlayıblar.
Eləcə də bax: İstanbulda mebel, tekstil və zərgərlik sexləri - SATILIR, QİYMƏTLƏR
Əmlakı harada almaq lazımdır?
Son iki ildə Gürcüstanın paytaxtı Tiflis tikinti bumu yaşayıb. Burada böyük olmayan mənzillərdən tutmuş zəngin penthauslara kimi bütün əmlaklar var. Tikililərin hamısı satılmasa da, tikinti işləri yüksək templə davam edir. Tiflisdə keyfiyyətli inşaatına görə təklif olunan məzillərin 1 kvmetri ən azı 1000 ABŞ dollarından başlayır. Təmirsiz evlərin qiyməti yerləşmə yerindən aslı olaraq kv.metr üzrə 1300-3000 lari arasında dəyişir. Bu qiymət Moskva, Kiyev və hətta Minskdəki qiymətlərdən aşağı həddə qiymətləndirilir. Bu rəqəm bir az ucqar ərazilərdə yaşayanlar üçün bəlkə də baha görünə bilər. Amma söhbət ölkənin əsas işgüzar şəhərindən gedirsə, elə də böyük deyil.
2018-in statistikası daşınmaz əmlakların bahalaşdığını göstərir. Yerli şirkətlərin qiymətləndirməsinə görə, təkcə 2016-2017-ci illərdə milli valyuta ilə təklif olunan mənzilin 1 kvmetrinin dəyəri 15 % (1829 laridən 2098 lariyədək), dollarla isə 4% (836 dollardan 870 dollaradək) bahalaşıb. Paytaxtın ən bahalı rayonu Mtasmindadir. Burda həm icarə, həm də satış qiymətləri xeyli fərqlənir. Satışa çıxarılan daşınmaz əmlakın 1 kvmetri orta qiymətlə 1011 ABŞ dolları təşkil edir. Hər kvm üçün icarə haqqı isə bir ay müddətinə 9 ABŞ dolları tələb olunur. Samqori rayonu isə əksinə, Tiflisin ən ucuz mənzillərinin təklif edildiyi rayondur - 1 kvm üçün orta satış qiyməti 544 ABŞ dolları, icarə haqqı isə 5 dollara bərabərdir.
Ölkə üzrə daşınmaz əmlak satışının 44%-i paytaxt Tiflisin payına düşür. Tiflisin daha çox mənzil satılan rayonu Saburtalodur, bazarın 27%-i. Sonrakı yeri Vake rayonu 16,1%-lə tutur, Qldani rayonu isə 12,2%-lə üçüncü yerdə gəlir.
2018-ci ilin göstəricilərinə görə mənzilin hər kv m üçün olan qiymətlər belədir:
Mtasminda - 1099 dollar, il ərzində qiymət artımı - 7,3%;
Vake – 972 dollar, artım 5,3%;
Saburtalo– 893 dollar, artım 2%;
Krsanisi– 829 dollar, artım 2,3%;
Didybe– 783 dollar, artım 12,4%;
Çyqyreti– 771 dollar, artım 2,9%;
İsani– 682 dollar, artım 2,6%;
Nadzaladevi – 628 dollar, artım 12,4%;
Qldani– 570 dollar, artım 9,9%;
Samqori – 546 dollar, il ərzində mənzillərin qiyməti 7,3% azalıb.
Əmlak neçəyədir?
Tiflisin elit yaşayış məntəqələrində mənzillərin qiyməti 200 min dollardan yuxarıdır. Məsələn, paytaxtın Vake rayonunda 7 otaqlı, ümumi sahəsi 128 kv olan, bütün zəruri mebel və avadanlıqla təchiz olunmuş mənzil 260 min ABŞ dollarına təklif edilir.
487 kvm-lik penthaus isə fantastik qiymətədir: 2 milyon avro! Tiflisin prestijli Vake rayonunda yerləşən, dağlara mənzərəsi və ideal təmiri olan evdə 6 yataq otağı, 6 sanitar qovşağı var.
Azərbaycanlıların sevimlisi Batumidə əmlak
Tiflisdən sonra əmək bazarında ən aktiv bölgə, Qara dəniz sahilində yerləşən, yay turizmi ilə məşhur olan Batumi şəhəridir. Buradakı mənzillərin qiyməti ərazidən asılı olaraq dəyişir, sahilə yaxın məkanlar daha bahalıdır. Dəniz kənarındakı evlərin kvadratmetri 600-1800 ABŞ dolları civarındadır. Sahilə yaxın yerləşən, dənizə mənzərəsi olmayan mənzillərin qiyməti nisbətən ucuzdur.
Tikintini həyata keçirən şirkətlərdən bu cür mənzilləri bina tikildiyi ərəfədə hər kvm sahəsinə görə 500-900 dollar arası əldə etmək mümkündür. Artıq hazır olan binalarda isə qiymətlər 700-1200 dollar arası dəyişir. Sahildən 2, 3 zolaq kənarda olan mənzilləri isə daha ucuz əldə etmək mümkündür. Bu cür mənzillər binanın tikintisi başlayan zaman kvm üçün orta hesabla 400-600, hazır binalarda isə 500-700 dollardır. Daha kənar rayonlarda hətta hər kvm üçün 300-500 dollara da mənzillər var. Batumidə inşa olunan bütün binaların demək olar ki, 99%-i tikilib qurtardıqdan sonra dövlətə təslim edilir. Ona görə də ev alarkən etibarlılıqda tərəddüd edənlər hazır binalardan mənzil alsalar, yaxşıdır. İkinci əl ev alanlar isə prosesin başlanğıcından reyesterdən mənzillə bağlı çıxarış tələb edib lazım olan suallarına cavab ala bilərlər.
Batumi sürətlə inkişaf edir, faktiki olaraq böyük və müasir yaşayış-otel kompleksinə çevrilmiş bu gözəl şəhər fəvvarəli istirahət parkları, restoranları, konsert meydançaları ilə göz oxşayır, gələn qonaqları valeh edir.
Burada sahəsi 45 kvm olan 2 otaqlı mənzil orta hesabla 40 min dollara təklif edilir. Bu məbləğə evin mebellə təchizatı da daxildir. Mebelsiz evin qiyməti 30 min dollardır. Batumidə ən əlverişli yatırım otel otaqlarına qoyulan sərmayədir. Dənizin birinci sahil zolağında tikintiyə hazırlıq mərhələsində olan 30 kbmlik apart-otel otağını 25 min dollara almaq olar. Tikili istifadəyə veriləndən, yəni il yarım sonra həmən otağın qiyməti 51 min dollara kimi qalxır. Təmir üçün tələb olunan xərclər 10 min dollar təşkil edir. Otağn bir günlük kirayəsi 70 dollardir. İlin 3 ayı üçün gələn gəir isə 6300 dollar. İdarə edən şirkətə 9 % ödənir, il ərzində 240 dollar isə otağın diğər xərclərinə sərf olunur. Yatırılan sərmayə illik 15 % gəlir gətirir.
Kobuletidə fərdi evlər
Fərdi evlər Batumidən kənarda, əsasən Kobuleti şəhəri istiqamətində çoxluq təşkil edir. Gürcüstana gəzməyə gedən azərbaycanlıların bir hissəsi belə evlərdə qalır. Bağ evi tipli fərdi evi 35 min dollara almaq olar. Daha elit yaşayış səviyyəsi arzulayanlar üçün isə 1,5 milyon dollara evlər də təklif olunur. Bakuriani şəhərində nisbətən aşağı qiymətə 60-70 min dollara fərdi evlər almaq olar. Kottec tipli evlərin qiyməti 230 min dollardan başlayır. Dağ xizək mövsümündə bu evlərə tələbat daha da çoxalır.
Gürcüstanda kommersiya obyektləri
Kommersiya obyektlərinin satışı və icarəsinin qiyməti isə daha yüksəkdir. 1 kvm sahə 1088-1230 ABŞ dolları çərçivəsində təklif edilir. İcarə haqqı isə eyni sahə üçün bir aylıq 10,1-12 dollar arasındadır.
İş adamları Gürcüstanda mağaza, ofis, anbar və s. obyektlərə pul qoya bilərrlər. Satışda olan obyektlər əsasən paytaxtda cəmləşib. Təkcə Batumi şəhərində tikilən yeni binaların demək olar ki, hamısının 1-ci mərtəbəsi kommersiya obyektləridir.
Paytaxt Tiflisdə də istənilən təyinatlı və qiymətə obyekt əldə etmək olar. Məsələn, ümumi sahəsi 8 min kvm olan 4 mərtəbəli binada çoxfunksiyalı mərkəzə 7 milyon dollar ödəməklə sahib olmaq mümkündür. İaşə obyektləri içərisində qonaqlı-qaralı paytaxtda ən gəlirli yerlərdən biri restoran və kafelərdi. Məhz buna görə yerləşmə zonasından asılı olaraq sahəsi 1000 kvm-dək olan 2 mərtəbəli restoranlar 2-4 milyon dollaradır.
Gürcüstanda populyar obyektlər içərisində daha çox diqqət çəkən otellərdir. Borjomi müalicəvi sanatoriya bölgəsində sahəsi 3 min kvm olan birmətrəbəli oteli 1,5 milyon dollara almaq olar. Batumidə isə 176 kvm-də 105 min dollara ofis təklif edilir. Burada 310 min dollara 2,2 min kvm sahəsi olan restoran almaq mümkünqdür.
Tiflisdə icarəyə verilən əmlakar yüksək gəlirlidir və illik 5%-6% civarında dəyişir. Əlbəttə ki, mənzillərin uzunmüddətli kirayə verilməsi məqsədilə alınması və dəyərinin artımını gözləmək əla variantdır. Bu, 2018-ci ildə ölkədə oturum izni almaq istəyənlərin mənzillərə sərmayə qoyuluşlarının artım həddində də özünü büruzə verir. Kirayə gəlirindən tutulan vergi 5 % təşkil edir.
Gürcüstanda əmlak almaq asandırmı? - PRESEDUR
Gürcüstanda əcnəbilərin əmlak almasına heç bir məhdudiyyət yoxdur. Pasportun və pulun varsa istənilən əmlakı ala bilərsən. Ölkəyə pul yatıran xaricilər vətəndaşlıq da ala bilərlər. İndi mövcud olan qaydalara görə, Gürcüstanda 35 min dollarlıq əmlak alan və ya ölkə iqtisadiyyatına 300 000 lari ($109,400) yatırım edən xaricilər burada müvəqqəti yaşamaq icazəsi ala bilər. Bu icazə qeyri-müəyyən müddətə verilir.
Amma indi hökumət bu qaydaları dəyişir. Artıq paytaxtda daşınmaz əmlak alınması üçün limitin 100 min dollara çatdırılması və müvəqqəti yaşamaq icazəsinin 1 illik müddətə verilməsini nəzərdə tutan dəyişikliklər qəbul edilib. Investisiya yatırımlarının məbləği 300 min dollara qaldırılıb və bunun müqabilində müvəqqəti yaşamaq icazəsi 5 il müddətinə veriləcək.
Gürcüstanda yeni tikilidə ev alarkən binanin istismara verilib-verilmədiyini öyrənmək vacibdir. Əksər hallarda alıcılar bu məsələdə aldadılırlar. Binanin bünövrəsi qazılarkən şirkətdən mənzil almaq da bir qədər risklidir. Ən məsləhətlisi, hazır, istismara verilmiş binadakı mənzildir. Yeri gəlmişkən əcnəbilər aldıqları mənzilin pulunu yerlı vətəndaşlar kimi hissə-hissə ödəyə bilirlər.
Alqı-satqı müqaviləsi - BELƏ BAĞLANIR
Mülkiyyətin əldə edilməsi üçün dövlətin ictimai Reester xidmətində 106 lari (42 dollar) rüsumun ödənməsi tələb olunur. Alqı-satqıya sərf olunan vaxt fərqlidir. Məsələn, Batumidə daşınmaz əmlaka sahib olmaq istəyən şəxs cəmi 2 saat vaxt itirir (Müqavilənin imzalanması, bankda ödəmə prosesi və reestrdə qeydiyyata alınmaq hüququ).
Gürcüstanda bu ölkəyə gəlmədən də mənzil almaq mümkündür. Bu zaman başqa bir şəxsə etibarnamə vermək kifayətdir. Əmlak alıcısı müqaviləni distansion yolla imzalamaq, tələb olunan vəsaiti banka köçürmə yolu ilə də ödəyə bilər. Daha sonra siz və yaxud etibarlı nümayəndəniz Gürcüstana gələrək Reestrdə qeydiyyatdan keçirsiniz.
Gürcüstanda mənzıl alanda buraxılan - 3 ƏSAS SƏHV
Bir qayda olaraq səhvlər evi tikənlər tərəfindən qəsdən yox, diqqətsizlik üzündən meydana gəlir. Və bu da rəsmiləşdirmə zamanı imtina cavabının verilməsinə səbəb olur.
1. Müqavilənin gürcü versiyası ilə uygun gəlməməsi və rus (türk, ingilis və s.) dilində olması
2. Müqavilədə bütün zəruri qeydlərin göstərilməməsi, yaxud səhv qeydlərin aparılması, alıcının və ya satıcının göstəricilərinin yanlış olması.
3. Satıcı tərəfindən Reesterdə bütün sənədlərin rəsmiləşdirilməməsi
Bu səbəblərə görə alıcılar öz imkanları hesabına də sənədləşdirmə proseduru ilə yaxından maraqlansalar yaxşı olar.
Mənzıllərdən hansı vergılər tutulur?
Gürcüstanda mənzil vergisi deyil, mülkiyyət vergisi var, maksimal illik dərəcə 1 faizdir. Dərəcə ailənin il ərzində Gürcüstan ərazisində əldə etdiyi gəlirə uyğun olaraq dəyişir. (İllik gəliri 40 min lariyədək olarsa – 0%, 40 - 100 min lari arası 0,5%-0,8%, 100 000 laridən yüksək olduqda isə 0,8%-1%). Hesablama bazası – mülkiyyətin qiymətidir. Buna görə də Gürcüstan ərazisində gəliriniz yoxdursa, o halda siz mülkiyyət vergisindən azadsınız.
Gürcüstanda kommunal xərclər - MƏBLƏĞLƏR
Yaşamadığı müddətdə mənizl sahibi heç bir kommunal haqq ödəmir. Orta hesabla 2-3 otaqlı mənzil sahibləri qişda qaz üçün ayda 60 dollar, elektrik enerjisinə 15-20 dollar, suya görə isə 2-3 dollar ödəyir.
Cədvəldə əsas növ ödəmələr göstərilib.
Elektrik enerjisi 1 kVt/s 0.09 lari (~ $0.05)
Su 1 kub.m 0.51 lari (~ $0.31)
Qaz 1 kub.m 0.55 lari (~ $0.33)
Məişət tullantısı 1 adam /ay 1.30 lari (~ $0.78)
Telefon abon /ay 5 lari (~ $3.00)
İnternet limitsiz 1 Mb/s 18 lari (~ $10.80)
Mənzilin kirayə verilməsi
Əmlak bazarı üzrə mütəxəssislərin sözlərinə görə, paytaxt Tiflisdə mənzillərin kirayəsinə olan tələbat 2017-ci ilin yay turizm mövsümündən etibarən artıb. Şəhərin mərkəzində yerləşən 1 otaqlı mebelsiz mənzilin bir aylıq kirayə haqqı 300 ABŞ dollarıdır. Bu qiymətə həmçinin ən sakit və məşhur Saburtalo rayonunda da ev kirayələmək mümkündür. Mənzil sovet dövründən qalma köhnə bloklu binada yerləşəcək.
Mənzilin kirayə verilməsi üçün ilk növbədə özünün kirayə və xidməti olan obyektin seçilməsi tövsiyə olunur. İlk addım tam xidməti üzərinə götürən rieltor şirkətləri ilə müqavilənin imzalanmasından başlanır. Bundan başqa bir sıra məşhur saytlarda öz akkauntunu yaradaraq bronlanma prosesini məsafədən idarə edə bilərsən. Sonrakı addım qonaqların qarşılanması və məzilin təmizliyini həyata keçirəcək təmizlik xidməti göstərən şirkət ilə müqavilənin imzalanmasıdır.