Banner

İnşaat və əmlak

Sosial ev tikintisinə yeni şirkət qoşuldu - 22 MİLYON MANAT

Sosial ev tikintisinə yeni şirkət qoşuldu - 22 MİLYON MANAT | FED.az
12:23 24 May 2019

Azərbaycanda güzəştli mənzillərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu sektora yeni şirət cəlb edib.

FED.az xəbər verir ki, dövlətin bu sahəyə xərclərini azaltmaq və özəl tikinti-investisiya şirkətlərini əməkdaşlığa cəlb etmək məqsədilə keçirilmiş investisiya müsabiqəsinin qalibi “AS Tikinti” MMC (www.asgroup.az) şirkəti olub. Sözügedən şirkət   Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 6 çoxmənzilli yaşayış binasının tikintisinə 20 milyon manat yatıracaq. 

Eləcə də bax: Mənzili bir neçə müştəriyə satan tikinti şirkəti rəhbərlərinə - HÖKM OXUNDU

“AS Tikinti” MMC bu ərazidə “MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikinti aparacaq. Şərtlərə görə, investor 6 bina inşa edəcək, binaların 2-si 12 mərtəbəli, 4-ü 9 mərtəbəli olacaq. Buradakı mənzillərdən 100-ü (6-sı 1 otaqlı, 36-sı 2 otaqlı, 58-i isə 3 otaqlı) MİDA-nın sərəncamına veriləcək və “Güzəştli mənzil” sistemi ilə güzəştli təbəqəyə saılacaq. Digər mənzilləri isə şirkət özü bazar qiymətləri ilə satacaq. 

Qeyd edək ki, “AS Tikinti” MMC bu ərazidə bina tikəcək ikinci investordur. Bundan əvvəl “Kristal Abşeron MTK” (www.kristalabsheron.az) 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün keçirilən investisiya müsabiqəsinin qalibi olmuşdu.

Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində inşa olunan Yaşayış Kompleksinin, həmçinin Hövsan Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi isə “ENGİNET” MMC (www.enginet.az) olub. Bu şirkət tərəfindən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 milyon manatdan çox investisiya cəlb ediləcək.

Xatırladaq ki, dövlət-özəl tərəfdaşlığı layihələrinin reallaşdırılması nəticəsində MİDA tərəfindən artıq 5 özəl investor cəlb olunub.

Digər xəbərlər

Banner