Şimali Kipr Türk Respublikasında (KKTC) mənzil qiymətləri il ərzində 40% artıb.
FED.az xəbər verir ki, buna səbəb yeni tikililərə ayrılan torpaq sahələrinin kəskin azalmasıilə bağlıdır.
Analitiklər bildirir ki, təkcə 2022-ci ildə adada 10 000 yaşayış evi satılıb. Hazırda Şimali Kiprdə evlərin orta qiyməti minimum 90 min funt-sterlinqdən başlayır. Bu – təxminən 200 min manat deməkdir.
Hazırda yeni tikililərdə 1 kv.m-in satış qiyməti 2000-4000 min funt arasında dəyişir, yeni binalarda aylıq kirayə haqqı isə 800 funtdan aşağı deyil.
KKTC-də daşınmaz əmlaka ən böyük maraq göstərənlər Türkiyə vətəndaşları, avropalılar və Asiyadan olan investorlardır.
Bazar eksperti və «The Best Invest» şirkətinin baş direktoru Dara Altunyay bildirir ki, daşınmaz əmlak adətən orta hesabla 18-20 il ərzində öz bəhrəsini verirsə, Şimali Kiprdə bu müddət cəmi 10-12 ilə enib.