Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) krallıqda hündürlüyü dünyanın ən hündür binasını - Dubayın 828 metrlik Bürc Xəlifəsini iki dəfədən çox üstələyən yeni göydələn tikmək niyyətindədir.
"Üzən şəhər" dünyanın ən böyük gəmisi ola bilər - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə «Middle East business intelligence» jurnalı məlumat yayıb.
Məlumata görə, Fond Ər-Riyadın şimalında 18 kvadrat kilometr ərazidə, 2 kilometr hündürlükdə bir bina tikməyi planlaşdırır. Podratçılar layihənin dəyərini təxminən 5 milyard dollar qiymətləndirir. Nəşrin mənbələrinə görə, hazırkı mərhələdə 1 milyon dollar iştirak haqqı ilə tender keçirilir.
Müsabiqədə iştirak edən podratçılar arasında Amerikanın «Skidmore», «Owings & Merrill», «Adrian Smith & Gordon Gill Architecture», «Kohn Pedersen Fox» və «Gensler» şirkətləri var.
Xatırladaq ki, bu Səudiyyə Ərəbistanında ilk meqa layihə deyil - 2022-ci ilin noyabrında krallığın şimal-qərbində 5 milyon insanı qəbul edə biləcək uzunluğu 120 km və hündürlüyü 490 metr olan Mirror Line meqapolisinin tikintisinə başlanılıb. O, piyada keçidləri ilə birləşən iki göydələndən ibarət olacaq. 1 trilyon dollarlıq bu iddialı layihənin müəllifi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuddur.
Hazırda ölkənin ən hündür binası Məkkədə Abrac əl-Beyt hündürmərtəbəli binalar kompleksinin bir hissəsi olan Kral Saat Qülləsidir (601 m).