Gürcüstanda mənzil almağı planlaşdıran Rusiya vətəndaşlarının sayı, təxminən, 5 dəfə artıb.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri yazıb.
Eləcə də bax: Ən hündür qüllə, yaxt-klub, hava limanı... - “Xəzər adaları” xarici mətbuatda - VİDEO
Bu ilin birinci yarısında rusiyalıların Gürcüstanda daşınmaz əmlakın seçilməsi ilə bağlı müraciətlərinin sayı illik müqayisədə 4,7 dəfə artıb. Populyarlıq reytinqində Gürcüstan 23-cü yerdən 15-ci yerə yüksəlib.
Artım Gürcüstanda qanunun əcnəbilərə daşınmaz əmlak almağa icazə verməsi, münasib qiymət və cəlbedici keyfiyyətlə bağlıdır.
Nəşrdə təhlilə əsasən qeyd olunub ki, son dövrlər Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi rusiyalıların Gürcüstanda daşınmaz əmlaka maraqlarına təsir göstərməyəcək.