Rusiyanın “RBK” informasiya agentliyi yaxın 10-20 il ərzində tikiləcək ən qeyri-adi şəhərlərin siyahısını tərtib edib.
FED.az xəbər verir ki, sözügedən siyahıda Bakının “Xəzər adaları” da yer alıb.
“Memarlar Xəzər dənizində ümumi sahəsi 30 kv.km. olacaq 41 süni ada yaratmaq istəyir. Layihəyə 2011-ci ildə start verilib, 2014-cü ilə qədər bir çox göydələnlər tikilib və çimərlik zonası açılıb. 800 min sakin üçün nəzərdə tutulan yaşayış evlərindən savayı, “Xəzər adaları”nda “Formula-1” yarışları üçün trek, yaxt-klub, hava limanı və 150 km. uzunluğunda bulvar tikiləcək. Daha bir gələcək rekordçu – “Azərbaycan” qülləsi... Onun ehtimal olunan hündürlüyü 1050 metrdir. Bu da BƏƏ-dəki dünyanın ən hündür binası kimi qəbul edilən “Bürc-Xəlifə” göydələnindən 222 metr çoxdur. “Azərbaycan” qülləsinin tikintisinin bu il, bütün arxipelaqın isə 2022-ci ildə yekunlaşması planlaşdırılır”, - deyə “RBK” yazıb.
Xəzər adaları haqqında video