Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanasını bərpa etməyə vəsaiti yoxdur.
Tələbələrin yataqxana qayğısı bitmir - "Yataqxana probleminin həlli sadədir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib.
Rektor bildirib ki, universitetin yataqxanasında indiyə qədər məcburi köçkünlər yaşayıb.
“Hazırda orada yaşayış olmasa da bizim tələbə yataqxanasını təmir etməyə imkanımız yoxdur", - deyə rektor bildirib. (Trend)