Regionlarda kirayə mənzil fondunun genişləndirilməsi tələbatdan asılı olaraq həyata keçirilir.
Bakı, Sumqayıt və Saray qəsəbəsində kirayə üsulu ilə satılan mənzillərin sayı açıqlanıb
FED.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov məlumat verib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə təhlillər aparılır və vətəndaşlar arasında ictimai sorğular keçirilir. Sorğuların nəticələrinə əsasən, kirayə mənzil fondu formalaşdırılır və tələbatın daha çox olduğu ərazilər müəyyənləşdirilir.
Aslan Zeynalov bildirib ki, hazırda iş imkanlarının daha çox olduğu Bakı, Sumqayıt və Abşeron ərazilərinə maraq üstünlük təşkil edir: “Bununla belə, gələcəkdə ehtiyac yaranarsa, tələbat nəzərə alınmaqla digər ünvanlarda da kirayə mənzillərin təklif olunması mümkündür”. (Azərtac)










