Ötən ilin IV rübündə Azərbaycanın mənzil bazarında qiymətlər 2020-ci ilin eyni rübü ilə müqayisədə 5,4% artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilkin mənzil bazarında qiymətlər IV rübdə illik müqayisədə 5,6%, təkrar mənzil bazarında isə 5,4% artıb.
Qeyd edək ki, III rübdə ümumi mənzil bazarı illik müqayisədə 5,1% bahalaşıb. İlkin mənzil bazarında 4,1%-lik, təkrar mənzil bazarında isə 5,1%-lik qiymət artımı qeydə alınıb.
Nəticədə 2021-ci ildə Azərbaycanın mənzil bazarında ortaillik qiymət indeksi 103,8 bənd təşkil edib, yəni ortaillik bahalaşma 3,8%-ə bərabər olub.