Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlanıb.
İpoteka və Kredit Zəmanət Fondundan FED.az-a verilən məlumata görə, prezident İlham Əiyevin tapşırığına əsasən Azərbaycanda satmaq öhdəliyi ilə mənzil sahələrinin kirayəyə verilməsi mexanizmi yaradılıb.
Eləcə də bax: Kirayə evlərin - QİYMƏTİ DƏ AÇIQLANDI - YERLƏR - MƏBLƏĞLƏR
Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb.
Eləcə də bax: Azərbaycanda kirayə evlərin necə satılacağı məlum oldu – ADDIM-ADDIM PROSES
FED.az-ın fonddan aldığı məlumata görə, mexanizm çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.
Eləcə də bax: Evlərin kirayə ilə satılması – ŞƏRTLƏRİ - İZAHAT
Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək. Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.
Eləcə də bax: Kirayə mənzillərin satış şərtləri çətindir - DƏYİŞİKLİK EDİLMƏLİDİR - AÇIQLAMA
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş yazılı və ya video-təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eləcə də bax: Kirayəyə veriləcək - MƏNZİLLƏRİN SİYAHISI AÇIQLANDI
Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.