Xəbər verdiyimiz kimi Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.
Eləcə də bax: Kirayə mənzillər üçün müraciətlər başlayır - FONDDAN AÇIQLAMA - TƏCİLİ
FED.az xəbər verir ki, ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlar açıqlanıb.
İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə 331 mənzil veriləcək. Mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-i məhəllədə və 25-i Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir.
Eləcə də bax: Azərbaycanda kirayə evlərin necə satılacağı məlum oldu – ADDIM-ADDIM PROSES
Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.