Azərbaycanda 2025-ci ildə daha 4309 ailə ipoteka kredit alıb.
Daha 222 kirayə mənzil satışa çıxarılıb - 347 manatdan başlayır - SİYAHI - VIDEO
poteka və Kredit Zəmanət Fondundan (Fond) FED.az biznes və maliyyə xəbərləri portalına verilən məlumata görə, ötən il Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 442,8 milyon manat həcmində 4309 ipoteka krediti verilib.
Bunlardan 347,2 milyon manatlıq 3153 adi ipoteka krediti və 95,6 milyon manat məbləğində 1156 güzəştli ipoteka kreditidir.
Ötən il götürülən adi ipoteka kreditlərinin orta məbləği 110,1 min manat, güzəştli ipoteka kreditlərinin orta məbləği isə 82,7 min manat olub.
Ümumilikdə, ipoteka kreditlərinin başlandığı 2026-cı ildən indiyədək Azərbaycanda Fondun vəsaiti hesabına 56800-dən çox ailə ipoteka krediti götürərək mənzil şəraitini yaxşılaşdırıb. Onlara ümumilikdə 3,76 milyard manat kreditiv erilib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 yanvar 2026-cı il tarixinə Fond tərəfindən 139,9 milyon manat məbləğində 1490 ipoteka krediti üzrə zəmanət verilib.
Qeyd etmək lazımdır ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə ipoteka kreditləşməsinə 2006-cı ildən etibarən başlanılıb. Verilən ipoteka kreditlərini İpoteka və Kredit Zəmanət Fondu (Fond) maliyyələşdirir.










