Xəbər verildiyi kimi, prezident İlham Əliyev Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.
Eləcə də bax: 100-dən artıq tikinti şirkəti Prezident Administrasiyasına - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, fərmana əsasən, Bakı şəhərinin rayonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının yenidən qurulması (o cümlədən sökülərək yerində yeni bina inşası) ilə bağlı (yəni pilot layihələrlə bağlı) Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) münasibətdə bəzi məsələlər həmin tikinti obyektinin yerləşdiyi rayon icra hakimiyyətlərinə həvalə edilib.
Eləcə də bax: “Vaxtında tikintiyə düzgün icazə alardılar” – PİLOT LAYİHƏLƏR NƏ VAXT İŞƏ DÜŞƏCƏK?
Bura ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılması sənədlərinin hazırlanması və həmin sənədlərin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqi, eləcə də komitənin razılığı ilə tikinti obyektlərinin tikintisinə icazə verilməsi aiddir.
Dövlət başçısının bu sərəncamını artıq bir ildən çoxdur ki, Bakı şəhərində tikintisi dayandırılmış pioot layihələrə «yaşıl işıq» yandırılması kimi də qiymətləndirmək olar.
Eləcə də bax: Bina tikənlərin qarşısında yeni tələb qoyuldu - ONLAR BUNA SEVİNMƏYƏCƏKLƏR
Daha dəqiqi indiki fərman prezidentin 2018-ci il avqustun 1-də imzaladığı «Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanından sonra yaranmış səlahiyyət boşluğunu aradan qaldırmağa xidmət edir.
2018-ci ilin avqustun 1-də imzalanmış həmin fərmana əsasən, Bakı şəhəri İcra hakimiyyətinin həmin dövrədək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) sərəncam verilməsi səlahiyyəti ləğv edilirdi. Amma yaranmış vəziyyətdə bu səlahiyyətin hansı quruma ötürülməsi qeyri-müəyyən qalırdı.
Bu dəfəki fərman isə bu məsələni həll edir və həmin işlər rayon icra hakimiyyətlərinə həvalə edilib.
Pilot layihələrlə bağlı layihə sahiblərinin şikayətləndiyi digər məsələ – yaşıllıq və tikinti ərazisinin ölçüləri ilə bağlı tələblər isə dəyişməyərək olduğu kimi qalıb.