Bakıda ötən ay kirayə mənzillərin qiyməti ucuzlaşıb.
FED.az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Tikinti şirkətləri hər bina üzrə - VERGİYƏ MƏLUMAT VERƏCƏKLƏR - YENİLİK
Onun sözlərinə görə, may ayında Bakıda kirayə mənzillərin qiymətində 2,15 faiz azalma müşahidə edilib. Ötən ilin may ayı ilə müqayisədə isə 2,98 faiz artım qeydə alınıb.
N.İbrahimov qeyd edib ki, mənzilin orta kirayə qiyməti 923 manat olub, 1 kvadratmetrin qiyməti isə 8,65 manat təşkil edib.
İtaliyada 1 avrodan başlayan qiymətə - EVLƏR SATILIR
Ekspert əlavə edib ki, obyektlərin icarəsi bazarında 1 kvadratmetrin qiyməti 16,12 manat olub. Ay ərzində 1,77 faiz artım olub. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə artım 2,49 faiz təşkil edib (Trend).