Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı məlumat forması hər bina üzrə ayrılıqda doldurularaq vergi orqanına təqdim ediləcək.
Eləcə də bax: Konstitusiya Məhkəməsi MTK və evi sökülən vətəndaşlarla bağlı - QƏRAR VERDİ
FED.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyinin Kollegiyasının təsdiq etdiyi ““Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması”nın tərtib edilməsi Qaydası”nda əksini tapıb.
“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması” hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək vergi orqanına təqdim edilməlidir.
Məlumat formasını elektron formada vergi orqanına göndərmək üçün vergi ödəyicisi İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olaraq məlumat formasının müvafiq xanalarını doldurmalı və gücləndirilmiş elektron imzadan istifadə etməklə təsdiq etməlidir. Məlumat formasına daxil edilən məbləğlər milli valyuta ilə (manatla) ifadə olunur.
Məlumat formasında yaşayış sahələri üzrə otaqların sayından və mansard (çardaq) olmasından asılı olaraq, sayı və sahəsi, 1 (bir) kvadratmetrinin satış qiyməti (ƏDV-daxil), cəmi təqdim edilmiş sahələrin sayı və sahəsi, o cümlədən, yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilmiş sahələrin (tikintisi başa çatmış mərtəbələr üzrə) sayı və sahəsi və dövlətə ayrılan sahələrin sayı və sahəsi, o cümlədən qeyri-yaşayış sahələri satış üçün nəzərdə tutulan sahələrin olmasından asılı olaraq sayı və sahəsi, 1 (bir) kvadratmetrinin satış qiyməti (ƏDV-daxil), satış üçün nəzərdə tutulmayan (ümumi istifadə edilən sahələr) sahələrin sahəsi, cəmi təqdim edilmiş sahələrin sayı və sahəsi, o cümlədən yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilmiş sahələrin (tikintisi başa çatmış mərtəbələr üzrə) sayı və sahəsi, eləcə də dövlətə ayrılan sahələrin sayı və sahəsi ayrılıqda əksini tapmalıdır. (Apa)