Bakının mərkəzi rayonlarında daşınmaz əmlak qiymətləri rekord həddə yüksəlib. Ən bahalı mənzillər Nəsimi və Səbail rayonlarında qeydə alınıb.
Təcili: Hökumət ucuz mənzilləri satışa çıxardı - KVADRATI 700-800 MANAT
FED.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, 1 kvadrat metrin qiyməti Nəsimidə 5845 manat, Səbaildə isə 5425 manat təşkil edir. Üçüncü yerdə isə Nərimanov rayonu (4532 manat) qərarlaşıb:
“Orta qiymətlərə nəzər saldıqda Səbail rayonu 3689 manatla liderlik edir. Bu göstərici Nərimanovda 3455 manat, Nəsimidə isə 3325 manatdır. Paytaxt üzrə orta qiymət 2532 manat təşkil edir”.
Ekspert qeyd edib ki, bu göstəricilər əvvəlki dövrlərlə müqayisədə ciddi artımı ifadə edir:
“Hazırda rəsmi mənbələr bu il üçün 13–14 faiz artım proqnozlaşdırır. Bizim hesablamalarımız isə 15–16 faiz arasında dəyişir. Hətta ilin sonuna qədər qiymətlərin 20 faizə qədər bahalaşacağı gözlənilir”.
Ekspertin sözlərinə görə, son 3–6 ay ərzində daşınmaz əmlak bazarında ciddi dəyişikliklər baş verib və ən çox artım torpaq sahələrinin qiymətlərində müşahidə olunub. (Baku.WS)