«Şəhər yatarkən, sən pul qazanırsan». Otellərdə hazır otaqlarının satışı ilə bağlı bütün dünyada tətbiq edilən biznes və yeni yatırım üsulu Azərbaycanda da başlayıb.
Astaradakı «Maricel Astara Resort» hotel kompleksi burada otel otaqlarının ayrı-ayrı şəxslərə satışını elan edib. Müştərilər həm hazır otelin otaqlarını, həm də tikilməkdə olan hotel binasından otaq ala bilərlər. Layihə rəhbərləri belə yatırım edənlərə böyük gəlir vəd edirlər. Bəs bu gəlir nədən formalaşır və belə layihəyə pul yatırmaq olarmı?
«Optimal Elektronika»nın sahibi: «Problemli kreditlərdə müştəri ilə özümüz anlaşırıq, məhkəməyə çox da ümid etmirik» - MÜSAHİBƏ
FED.az-ın bununla bağlı suallarını «Maricel Astara Resort» kompleksinin sahibi, yeniliyin müəllifi Samir Əlizadə cavablandırır.
- Samir müəllim, siz ölkədə ilk dəfə olaraq müştərilərin pulu ilə özünüzə otel tikməyə başlamısınız. Çünki sizin başladığınız yeni kampaniyaya başqa ad vermək mümkün deyil...
Amerikadakı azərbaycanlı: Ofisiant işlədiyi restoranı aldı- “Çətini ilk milyonu qazanmaqdır” - MÜSAHİBƏ
- Demək olar ki, elədir (gülür)
- İndiyədək görmüşük ki, oteli investor, yəni sahibkar özü tikir, sizin kampaniyada isə müştərilər özləri buraya pul yatırlar. Və sonra buradan pul qazanmağa başlayırlar.
- Belə elədir.
- Bu mexanizm necə işləyir və belə yatırım üsulunu hansı ölkənin təcrübəsindən götürmüsünüz?
- Biz «Maricel Astara» kompleksinin inşasına 2019-cu ildən başladıq və 2020-ci ildən həmin otel fəaliyyətə başladı. Amma bildiyiniz kimi, pandemiya dövründə çətinliklər yarandı, turizm sektoru böyük bir sarsıntılar yaşadı. 2021-ci ilin yaz və yay aylarında turizm sektoru artıq yavaş-yavaş yenidən inkişaf etməyə başladı.
Biz də yay aylarında maksimal dərəcədə çalışdıq ki, otelimiz maksimum dolu olsun və itirilmiş 2020-ci ili mümkün qədər kompensasiya edək. Çünki otel nə qədər dolu olsa da, ora yatırılan vəsaitlər kompensasiya olunmur.
Azərbaycanda varlılar necə boşanırlar: «Maraqlanırdı ki, boşansaq, bu 5 milyonu da bölməliyik?» - MÜSAHİBƏ
- Və siz yeni yatırım modeli düşündünüz?
- Əslində bu model dünyada indiyə qədər də vardı. Biz sadəcə bu mövzunu diqqətlə araşdırdıq. Belə yatırım üsulu qonşu Gürcüstanda, Batumidə də var. Orada bunu «Orbi qrup» adlı şirkət tətbiq edir. Eləcə də oxşar variantlar Dubayda və Türkiyədə mövcuddur. Və biz də düşündük ki, «gəlirli əmlak» sisteminə keçək, sizin də dediyiniz kimi, «müştərilərin hesabına özümüzə otel tikək».
«Obyektin dövriyyəsi azalıbsa, sahibkar yeni xronometraj tələb edə bilər» - MÜSAHİBƏ
- Hazırda konkret nə tikirsiniz və nə satırsınız?
- Hazırda bu layihəyə başlamışıq, 7 mərtəbəli binada 70 mənzil, bunları otel otağı da adlandıraq. Yəni bizim ənənəvi satışlardan fərqimiz odur ki, biz burada mənzil deyil, hazır biznes satırıq.
«Cəmi 1 ilə pulunu çıxaran biznes: «Ərəbistanda kilosu 100 dollardır, amma ora gedib çatmaq lazımdır» - MÜSAHİBƏ
- Yəni pul gətirən əmlak satırsız...
- Bəli elədir. Paralel olaraq fikirləşdik ki, müştəri düşünər - niyə tikilməmiş binadan ev almalıyam. Ona görə də, biz hazır otelimizin otaqlarını və villalarımızı da satışa çıxardıq.
- Siz ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının - ABB-nin müştərisi və bankın «Sahibkarlar klubu»nun üzvüsünüz. Öz layihələrinizdə bu klubun imkanlarından istifadə edirsinizmi?
- Bəli, Beynəlxalq Bankın sahibkarlarla, klub üzvləri ilə mütəmadi görüşləri olur, bu görüşlərə biz də qatılırıq. Əlbəttə ki, bu görüşlərdə öz layihələrimiz haqqında geniş məlumat veririk.
- Əslində «Sahibkarlar Klubu»nun üzvləri, sahibkarların özləri də investorlardır. Siz alıcı axtarırsınız, burada isə çoxsalı real alıcı var.
- Bəli, amma biz böyük deyil, kiçik investor axtarırıq, yəni fiziki şəxslər, biz pərakəndə satışlara hədəflənmişik. Dediyim kimi, biz mənzil deyil, biznes satırıq. Əlində az imkanı olan şəxslərə gəlir əldə etmək imkanı yaradırıq.
- Samir müəllim, bu layihəyə pul yatıran investor necə gəlir əldə edir? Tutaq ki, hər hansı vətəndaş gəlib sizin layihədə mənzil və ya siz dediyiniz kimi, otel otağı alır. Yeri gəlmişkən, minimum yatırım məbləği nə qədərdir?
- Bizdə minimum məbləğ 55 min manatdan başlayır.
- Bu məbləğə neçə kvadrat alır?
- Siz buna mənzil kimi baxmayın, bu - gəlir gətirən biznesidir. Amma sahə olaraq otel otağı 35 kvadratmetrdir.
Deməli müştəri gəlir, 55 min manat yatıraraq, tam təmirli, otel tipli mebellə təmin olunmuş bi biznes əldə edir.
- Bu əmlakı hansı şərtlərlə satırsınız?
- Şərtlərimizə görə, otel otaqlarını 1-2 illik daxili kreditlə almaq olar. Gələn aydan etibarən isə ümumiyyətlə, ipoteka şərtlərimiz də qüvvəyə minir, yəni həmin əmlakı 10 illik ipoteka krediti ilə də almaq mümkün olacaq.
- Aha, müştəri gəlib bu otağa 55 min manat yatırdı, onun gəliri necə yaranır və məbləği nə qədər olur?
- Bu yatırımın qarşısında müştəri qarşıdakı 5 ildə illik 10% gəlir əldə edir, yəni ildə 5500 manat.
- Əvvəlcə dəqiqləşdirək, bu 5 illik müddət nə vaxtdan başlayır – bina hazır olub otel kimi işə düşəndən sonra, yoxsa elə pulu verən kimi 5 illik müddət başlayır?
- Gəlin dəqiqləşdirək. Hazırda əlimizdə 3 layihə var – bunlardan birincisi hazırda mövcud olan otel binamız, burada 21 otaq var. İkincisi, villalar - 10 ədəd villamız var. Üçüncüsü isə, yeni tikilməkdə olan 7 mərtəbəli və 70 otaqlı otel binası. Bunların gəlir gətirməsi vaxtı fərqlidir.
- Məsələn, başlayaq 70 mənzilli – hansı ki, indi tikilir...
- Bəli, 70 mənzilli binadan qazanc əldə etmək üçün yatırım edilir - fərqi yoxdur, istər kreditlə, istər nağd satışda – və binanın tikintisi başa çatır və otel kimi fəaliyyətə başlayanda müştəri gəlir əldə etməyə başlayır.
- Həmin bina nə vaxt təhvil veriləcək?
- Sağlıq olsun, 2022-ci ilin yazına artıq işə düşəcək.
- Bununla aydındır. Bəs qalan iki layihə, hansı ki, indi işləyirlər. Onlardan otaq alan müştəri nə vaxtdan qazanc əldə etməyə başlayacaq?
- Onlarda məsələ sadədir. Bu gün otağı alır, onu yenidən «Marisel»ə icarəyə verir, dərhal da ildə 10% gəlirini əldə etməyə başlayır. Yəni hazır binalarda gəlir sistemi dərhal işə düşür.
- Sizin şərtlərə görə 55 min manat verib yatırım etmiş sahibkara ildə 10%, yəni 5500 manat gəlir vəd edirsiniz. Amma hər il inflyasiya da baş verir. Nəticədə müştərinin vaxtilə yatırdığı 55 min manat və onun müqabilində aldığı 5500 manat bir birindən fərqlənməyə başlayır. Siz bunu nəzərə alırsınızmı?
- Əlbəttə biz bunu əvvəlcədən fikirləşmişik. Və müqaviləyə əsasən müştəriyə ödənilən icarə haqqı ildə 2-3 faiz artıq hesablanacaq.
- Başqa variant da var – ola bilərmi ki, müştəri sizin oteldən otaq alır, amma onu sizə idarəetməyə vermir, hanısa formada özü onu idarə edir – buna icazə verilirmi?
- Əlbəttə, müştərinin aldığı əmlakı idarə etmək üçün bizə icarəyə verməsi məcburi deyil. Müştəri özü də onları idarə edə bilər. Məsələn, hazırda «booking.com» kimi platformalar var ki, onun vasitəsilə insanlar öz əmlaklarını rarat şəkildə idarə edib pul qazana bilərlər.