2021-ci ildə Azərbaycanda mənzil bazarının qiymət indeksləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 100,3 faiz (0.3% artım) təşkil edib.
Qiymət indeksi ilkin mənzil bazarı üzrə 101.5 faiz (1.5% artım), təkrar mənzil bazarı üzrə 100.3 faiz (0.3% artım) olub.