Bu ilk yanvar-iyun aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 93,3 mln. manat ipoteka krediti verilib.
Eləcə də bax: Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi - ARTIB
FED.az xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna görə, göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6,6% azdır.
Qeyd edək ki, hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 89% artaraq 75,5 mln. manata çatıb. (Apa)