Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin aylıq məbləqləri iki ayda (May-İyun) 4,2 faiz və ya 1 iyul 2020-ci il tarixinə 1,48 milyard manat təşkil edərək 40 milyon manat artıb.
FED.az xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı da aylıq 868 ədəd artaraq 28 335-ə çatıb.
Zəmanət verilmiş kreditlərin məbləği də hesabat dövründə 91.34 milyon manat təşkil edib.
Bildirək ki, hazırda Fondun 800 644 000 manatlıq istiqrazı dövriyyədədir.
Qeyd edək ki, hazırda maksimal 150 min manat olan ipoteka kreditləri maksimal 25 il müddətinə 15% minimal ilkin ödənişlə, maksimal 100 min manat olan güzəştli ipoteka kreditləri isə 10% minimal ilkin ödənişlə maksimal 30 il müddətinə verilir. (Trend)