Azərbaycanda daha bir qum-çınqıl yatağı hərrac yolu ilə istifadəyə veriləcək.
Azərbaycanda 13 dövlət əmlakı özəlləşdirilib
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 20-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək.
FED.az xəbər verir ki, hərraca Qəbələ rayonunda yerləşən “Bumçay” qum-çınqıl yatağının 4 LOT üzrə 15 hektarlıq sahəsi çıxarılacaq.
Hərraca çıxarılacaq yataqda 4 lot üzrə ehtiyatların həcmi 60 min, 90 min, 150 min min kubmetr təşkil edir. Başlanğıc qiymət isə 6 min manat, 9 min manat, 15 min və 15 min manatdır. Hərraca qatılmaq üçün bu məbləğlərin 10%-i qədər beh saxlamaq lazımdır.
“Bumçay” qum-çınqıl yatağının istifadəyə verilməsi üzrə keçiriləcək hərracda iştirakla bağlı iddiaçılar sənədləri 13 sentyabr 2021-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər toplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd olunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycanın və xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/2UsLuHs) və Özəlləşdirmə portalında (https://bit.ly/3CS9SUf) tanış olmaq mümkündür.