Bu ilin yanvar-iyun aylarında Azərbaycan istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.
Eləcə də bax: Sığortaçılar 74 Vətən Müharibəsi iştirakçısının - İpoteka Kreditini Bağlayıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 927,1 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 64,1% azdır.
Yanvar-iyunda yaşayış evlərinin tikintisinə 469 mln. manat vəsait yönəldilib ki, bu da illik ifadədə 26,1% azdır.
Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, əvvəlki illə müqayisədə 47,6% azdır. (Apa)