İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə ölkə vətəndaşlarına verilən ipoteka kreditləri üzrə həyatın və əmək qabiliyyətinin itirilməsi halı ilə bağlı son 5 ildə ümumilikdə 228 sığorta hadisəsi baş verib.
Eləcə də bax: MİDA Hövsan Yaşayış Kompleksində mənzil satışına dair statistika - Açıqlayıb
FED.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Məlumata görə, həmin sığorta hadisələri ilə bağlı borcalanların 7 028,8 min manat məbləğində kredit öhdəliyini İKZF-nin müvəkkil sığorta şirkətləri tam bağlayıb.
O cümlədən ipoteka krediti ilə mənzil əldə etmiş və Vətən müharibəsində şəhidlik zivəsinə ucalmış, eləcə də sağlamlığını itirmiş 74 vətəndaşın 3,4 milyon manat məbləğində kredit borcu ödənilib. (Report)