2022-ci ilin yanvarında Azərbaycan vətəndaşları Türkiyədə 89 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21 obyekt daha çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı bildirir.
Məlumata görə, yanvar ayında Türkiyədə 88 306 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur.
Eləcə də bax: Türkiyədə ev alan Azərbaycan vətəndaşları sürətlə artır - SAYI AÇIQLANDI
Hesabat dövründə Türkiyədə ən çox daşınmaz əmlak alan əcnəbilər İran (761) və İraq (513) vətəndaşları olub.
Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1 517 obyekt satın satın almışdı.