Azərbaycan vətəndaşları bu ilin yanvar-avqust aylarında Türkiyədə 858, təkcə avqustda isə 138 mənzil alıb.
Eləcə də bax: Türkiyə evlərin qiymət artımına görə - Dünya Lideri Olub
FED.az qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 22,6 % çox və 10,4 % azdır.
8 ay ərzində Türkiyədə xarici vətəndaşlara 31 242, ötən ay isə 5 932 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 47,9 % və 50,9 % çoxdur.
Avqustda Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 911, yanvar-avqust aylarında isə 4 600 mənzil satılıb.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 900, yanvar-avqust aylarında isə 4 631 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə avqustda 451, yanvar-avqust aylarında isə 2 575 mənzilə sahib olub. (Report)