Astaradakı «Maricel Astara Resort» hotel kompleksi burada otel otaqlarının vətəndaşlara ayrı-ayrı satışı ilə bağlı 2-ci layihəyə start verib. FED.az xatırladır ki, bu - ölkədə hələlik ilk dəfə tətbiq edilən «gəlirli əmlak» sistemidir.
Azərbaycanda şirkətlər qrupunun rəhbəri: «Günü sabah taksi sürücüsü də işləyə bilərəm” - MÜSAHİBƏ
Həyət evləri və "novostroyka"lara necə çıxarış almaq olar? - MÜSAHİBƏ
Azərbaycanın ən böyük bankı: «Riyaziyyat sahəsində xüsusi istedadı olan gənclərə dəstək vermək istəyirik» - MÜSAHİBƏ
İstiqraz buraxan dövlət şirkətinin rəhbəri: «O istiqrazın ilk alıcısı mən olacam» - MÜSAHİBƏ
Yəni müştərilər buradakı otel otaqları tipli mənzilləri satın alır və otelin özünə icarəyə verirlər. Kompleks həmin otaqların sahiblərinə yatırılan əmlakın illik 10%-i qədər gəlir ödəyir.
Bəs bu gəlir nədən formalaşır və belə layihəyə pul yatırmaq olarmı?
FED.az-ın bununla bağlı suallarını «Maricel Astara Resort» kompleksinin sahibi Samir Əlizadə cavablandırır.
- Samir müəllim, «Maricel Astara Resort»un ilk layihəsi də Astaradadır. 2-ci layihə əvvəlkindən nə ilə fərqlənir?
- İlk fərq yeprləşmə ilə bağlıdır. İlk layihədə dənizdən bir qədər kənarda idi, yeni layihəmiz isə dənizin tam kənarındadır – birinci xətdtə. Layihə 7 mərtəbəli binadır və maraqlı cəhət our ki, binanı üstündə hovuz olacaq.
- Dənizin lap yaxınlığında nəm olmayacaq ki?
- Havada nəm əlbəttə var. Amma bizim tikintimiz bildiyiniz qədər keyfiyyətli tikilir və bütün izolyasiya materiallarından istifadə olunur.
- Yeni layihədə neçə bina və mənzil olacaq?
- Bu layihədə binada 3 blok və toplam 218 mənzil nəzərdə tutulub. Mənzillərin 90%-i 32-37 kvadrat arasında dəyişir. Bir neçə mənzil 52 və 99 kvadratmetr olacaq. 52 kvadratın o birilərnidən fərqi ondan ibarətdir ki, artıq onun balkonunda da cakkuzi olacaq.
- Mənzillərin satış və kredit qaydaları necədir?
– Mənzilləri 4 ilədək daxili kreditlə satırıq. Əvvəlki layihəmizdən fərqli olaraq bu layihədə ilkin ödəniş tələb olunmur. Mənzillər, əşyalı – mebelli, məişət texnikası olaraq və təmirli satılır. Bu mənzillər gəlirli əmlaklardır. Yəni mülkiyyətçi mənzili aldıqdan sonra yatırdığı pulun 10 faizi qədər illik gəlir əldə edəcək.
- Bu mənzilləri bank krediti ilə almaq olur?
- Xeyr, yalnız daxili kreditdir, kimçə gedib bankdan özü kredit götürüb gəlib bizə ödəniş edə bilər.
- Əsas məsələrdən biri – mənzillərin qiyməti neçəyədir?
- Mənzillərin qiyməti 1 kvadrat üçün 2000 manat - 4 illik daxili kreditlə, tam əşyalı, təmirli mənzillərdir.
- Misal göstərə bilərsiniz?
- Məsələn, 32.8 kvadrat mənzil, bunun qiyməti 65 600 manat edir. Onu 48 aya böldükdə aylıq 1366 manat ödəməklə mülkiyyət sahibi ola bilərsiniz.
- Birdən qiymət dəyişdi, tikintinin qiyməti?
- Bizdə qiymət dəyişmir müqavilədə hər şey dəqiq göstərilir.
- Mənzili alan adam nə vaxtdan gəlir əldə etməyə başlayır?
- Bina tam təhvil verildiyi gündən etibarən mənzilin sahibi onu özü də icarəyə verə bilər və yaxud bizim şirkətə icarəyə verə bilər. Bizə icarəyə verərsə, maksimum 5 illik icarə müqaviləsi bağlamağa hazırıq.
- Maksimum 5 illik müqavilə ilə?
- Bəli.
- Bəs 5 ildən sonra nə olacaq? Müqaviləni ondjan sonra da uzatmaq imkan varmı? Çünki elə müştəri ola bilər ki, mənzili daha uzun müddətə icarəyə vermək istəsin.
- Bilirsiniz, biz bu gün 5 illik müddəti analiz eləyib bir cavab ortaya qoymuşuq. Hələlik yalnız bu müddəti deyə bilərik. Amma yalandan deyək ki, növbəti 5 ilə də şamil olunacaq, bunu bilmirik, həyat göstərəcək. Zatən müştərinin aldığı mülkiyyət elə bir lokasiyada, elə bir nöqtədə yerləşir ki, bu 10% gəlirdən savayı, onun əmlakının dəyəri də kifayət qədər yüksələcək, bu özü bir böyük gəlir deməkdir.
- Qiymətlərin artacağını nəyə əsasən deyirsiniz?
- Bilirsiniz, bu günkü gün Bakı şəhərində orta və maksimal qiymət həddi var. Amma bu region olduğu üçün və turistik zona olduğundan və əmlakın sayı limitli olduğu üçün qiyməti yüksək olacaq. Yəni bulvar maksimum 2 kilometrdir, yeni əmlaklar bunun arxasında tikiləcək və ona mövcud qiymətlər formalaşacaqdır. İran sərhədinin açılmağını demirəm, sərzəd açılsa, qiymətlər 2000 manat yox, 2000 dolların üstündə olacaqdır.
- Buraya turistlərin gəlməsini də nəzərdə tutursunuz?
- Əlbəttə, təsəvvür edin, Astaranın təqribən 120 min, Lənkənranın 350 min əhalisi var, Bakıdan gələ biləcək turist sayı da olsun 500 min. Bu, toplamında aşağı-yuxarı bir milyon nəfər edir. Amma İran sərhədinə keçən kimi artıq yaxın 70 kilometr radiusda 4-5 milyon əhali yaşayır. Mən bu rəqəmləri bu statistikaya əsaslanaraq deyirəm.
- Gəlin mənzillərin gəlirliyi məsələsini bir də dəqiqləşdirək. 65 min manatlıq əmlakdır, 4 ildən sonra onun kirayəsi başlayır, illik 10% gəlir verirsiniz, yəni ildə 6500 manat?
- Bəli, tam ödədiyi məbləğin 10%-ni əldə eləyəcək.yəni ildə 6500 manat.
- Bu mənzili ayda 550 manata icarəyə vermiş kimi sayılır, eləmi?
- Bəli. Əlavə olaraq burada bir gəlir mənbəyini də deyim. Bizim qaydalara görə, mənzilin sahibi ilin bğir ayını burada pulsuz qala bilər. Bu o deməkdir ki, mənzilin sahibi ilin hər fəslində gəlib bir həftə ödənişsiz qala bilər. Daha bir maraqlı məqam – bu qayda o demək deyil ki, hökmən öz otağında qalmalısan. Ola bilər ki, müştəri bu kompleksdə başqa mənzildə qalmaq istəsin. Bu da mümkündür. Çünki ola bilər ki, sizin otaq otel tərəfindən bron edilsin, siz həmin vaxt başqa otaqda qala bilərsiniz.
Digər məsələ, gələcəkdə biz başqa regionlarda da belə komplekslər inşa etmək istəyirik. Bu da o deməkdir ki, bizdə mənzili olan müştəri ildə 1 aylıq qalmaq hüququndan «marsiel»in başqa regiondakı, məsələn Quba və ya Qusardakı kompleksində də istifadə edə bilər. Ya da həmin 1 ay qalmaq hüququnu başqasına sata bilər. Nəticədə, onun əmlakının illik gəlirliyi 10% deyil daha yuxarı, məsələn 15% ola bilər. Əmlak üçün gözəl rəqəmdir.
- Samir müəllim, son dövrlər tikinti materialları bahalaşır, onların qiymətinin qalxması sizin biznesinizə necə təsir eləyir?
- Bilirsiniz, mən açıq danışmağı xoşlayan adamam, tikinti mənfəətli işdir. Mən inanmıram ki, qiymət artımı o, mənfəətə böyük bir zərər yetirər. Özü də bu təkcə bizdə deyil, bütün şirkətlərdə belədir. Bu gün tikintidə çalışan hər kəs bilir ki, bunun maya dəyəri nə qədərdir.
- Azərbaycanda dəniz sahəsinin, sahilinin ən az məskunlaşdığı ərazilərdən biri də şimal bölgəsidir. Sizin şirkət eyni layihəni şimal bölgəsində də edə bilərmi?
- Hal-hazırda planımız ondan ibarətdir ki, bu layihəni bitirdikdən sonra əks-regiona, şimal tərəfə keçmək istəyirik. Amma dənizkənarı yox, daha çox bir az dağətəyi və yaxud dağlıq ərazilərə.
- Məsələn, Qusar tərəf?
- Bəli, elə bir məqsədimiz var. Niyə də olmasın? Bizim vətəndaşlar xaricdə əmlak alırlar, valyutamız ölkədən kənara çıxır. Biz də elə bir məhsul yaratdıq ki, artıq xeyir vətənə qalsın, elə öz regionlarımız inkişaf eləsin.
- Siz Astaradakı layihənin perspektivlərindən danışanda İranı da xatırlatdınız, indiyədək buradan iranlılara mənzil sata bilmisiniz?
- Bəli satmışıq, İran azərbaycanlısıdır, İran vətəndaşıdır, amma bütün ailə üzvləri Azərbaycan vətəndaşlarıdır. Onu tanıyaraq, bilərək elə sata bilmişəm. Ümumiyyətlə, bu layihə əvvəldən İran əhalisi üçün nəzərdə tutulmuşdu, pandemiya şəraiti dəyişdi və bizim strategiyamız da dəyişdi və sırf Azərbaycana fokuslandıq.
- Birinci layihədə evləri satıb bitirmisiniz?
- Bəli.
- Mənzillər artıq icarəyə verilib?
- Bəli.
- Deməli 10%-ləri ödəməyə başlamısınız?
- Bəli, artıq ödəməyə başlamışıq.
- Ödənişlərlə bağlı qış və ya yay fəslinin olmasının fərqi yoxdur ki?
- Fərq etmir, bəli. Biz qışda işləmirik demirik, sadəcə olaraq yay mövsümü tam dolu oluruq.
- Hər hansı narazılıq və ya nəzərə almadığınız məsələ varmı ki, 2-ci layihədə bunu da nəzərə alasınız.
- Narazılıq yoxdur, indiyədək olmayıb. Şərtləri elə asanlaşdırmışıq ki, insanlar riski qarşısına qoyanda ödənişi də qarşısına qoysun. Yəni başa düşürlər ki, mən bu adama birdən birə böyük məbləğ vermirəm, aylıq ödəyirəm. Əlbəttə ki, tikinti proqressi və yaxud hazır layihədən divident kimi nəsə o yubanırsa, bu adam da kredit ödənişini vaxtında verməyə başlamır. Yəni biz riski paylaşdırmışıq ki, həm özümüz qarşı tərəfdə risk görməyək, həm qarşı tərəf bizə riskli baxmasın.
- Kompleksdə neçə nəfər çalışır?
- Yay mövsümündə 130 nəfərə qədər əməkdaşımız olur, məlum məsələdir ki, ora sırf yay mövsümüyçün nəzərdə tutulub. Lakin növbəti illərdə artıq bizim maraqlı bir proyektimiz var, hətta adını deyəcəm, özünü izah eləməyəcəm. Ruslarda belə bir söz var: “zimniy plyaj” – “qış çimərliyi”, biz növbəti illərdə belə bir layihə etmək niyyətindəyik.