Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

İKT

  1. Ana səhifə
  2. İKT
  1. İKT

«Optimal Elektronika»nın sahibi: «Şirkəti böyütmək, məhsullarımıza 5-7 il zəmanət vermək istəyirik» - MÜSAHİBƏ

«Optimal Elektronika»nın sahibi: «Şirkəti böyütmək, məhsullarımıza 5-7 il zəmanət vermək istəyirik» - MÜSAHİBƏ | FED.az
11:25 25 Noy 2021

İki gün əvvəl – noyabrın 23-də Bakı Fond Birjasında «Optimal Elektronika» MMC-nin 2,5 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi baş tutdu.

Eləcə də bax: "Optimal Elektronika" istiqrazlarına 5 investor 5 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ

FED.az xatırladır ki, şirkət istiqraz bazarı üçün qısa müddətə – cəmi 18 aylığa buraxılan istiqrazlar illik 12%-lə buraxılıb. Anderrayteri «AzFinance İnvestisiya Şirkəti» olan yerləşdirmə zamanı şirkətin bütün istiqrazları satılıb. Bununla da pula olan olan ehtiyacını kredit deyil, qiymətli kağızlar vasitəsilə ödəyən şirkətlərin sırasına daha biri əlavə olunub.

Eləcə də bax: "Optimal Elektronika" istiqraz ilə 5 milyon manat cəlb etməsinin səbəbini - AÇIQLAYIB

«Optimal Elektronika»nın təsisçisi və baş direktoru Əhəd Əsgərov  fəaliyyəti, planları, koronavirus dövründə üzləşdiyi çətinliklər və müştərilərilə münasibətləri barədə  FED.az-ın suallarını cavablandırıb:

- Əhəd müəllim, «Optimal Elektroniks» iki gün əvvəl 2,5 milyon manatlıq istiqraz buraxdı. İstiqraz buraxılışında məqsəd nədir?  Yəni əldə edilən vəsait hansı məqsədlə istifadə olunacaq?

- İstiqraz buraxılışında məqsədiİşimiz işimizi genişləndirmək üçün investisiya cəlb etməkdir. İstiqraz da bunun üçün yaxşı vasitədir. Hazırda bu sahə dünyanın hər yerində inkişaf edir. Azərbaycanda da inkişaf etmək istəyir və müəyyən qədər də o inkişaf sürətini görürük. Buna görə sə düşünürük ki, investisiyanı bu yolla cəlb eləmək daha yaxşıdır. Yeri gəlmişkən, 2,5 milyon manatlıq istiqraz hələ birinci mərhələdir, qarşıdakı dövrdə daha 2,5 milyon manatlıq istiqraz buraxılacaq və ondan sonra da bu proses davam edəcək.

- Amma şirkət bu vəsaiti bankdan kredit kimi də cəlb edə bilərdi, nəyə görə istiqraz variantı seçildi?

- İstiqraz variantında bir sıra üstünlüklər var. Əvvəla burada girov tələb olunmur, yalnız sənin şəffaflığının qarşılığında daha rahat investisiya cəlb edə bilirsən. Əgər həqiqətən də işləyən və gəlirli şirkətsənsə, insanların güvəndiyi şirkətsənsə, istiqraz variantı daha perspektivli olur. Gələcək də bundadır.

- Son illər «Optimal Elektronika»nın kredit portfeli ilə yanaşı, problemli kreditlərinin də həcmi və payı artmaqdadır. Bunun səbəbi nədir?

- Koronavirus dönəmində artmaqda idi. Çünki insanlar kütləvi sürətdə iş yerlərini itirdilər. 2020-ci il aprelin 1-ə kimi olan dövrdə indiyədək ümumiyyətlə 1 gün belə gecikməsi olmayan insanların öz iş yerlərini itirməsinə görə belə hallar olurdu.

Biz pandemiya dövründə ümumiyyətlə, aqressiv siyasət seçmədik, yəni müştərilərin evinə getmək, onlarla mübahisə etmək və sair, belə bir siyasət seçmədik, çünki o işini itirib, ailəsini çətinliklə dolandırır.

Həmin vaxt insanların üzərinə gedib məhkəməyə verməyi də düzgün saymırdıq. Çünki bizim müştərimizdir, həmişə düzgün olub, indi isə obyektiv səbəblərə görə gecikməsi olub. Bizdə gecikmələrin əksəriyyətini obyektiv səbəblər təşkil edir. Normal gecikən həmişə eynidir, amma kütləvi gecikmələr obyektiv səbəblərə görə artmışdı. Lakin artıq 2021-ci ilin may ayından etibarən gecikmələr yenə əvvəlki vəziyyətə qayıdılıb. Həmin tarixdən 7 ay keçib, amma gecikmələr 1 %-dən də aşağıdır, bu da normal haldır. Həmin vaxtda problemi olanların da kreditlərini restrukturizasiya edirik, yəni müştərilərə vaxt veririk. İlk 6 ayını da güzəştli müddət edirik. İnsanlara vaxt veririk ki, onlar kreditlərini yavaş-yavaş ödəsinlər, məsələn ayda 200 manat ödəyə bilmir, 50 manat ödəyə bilirsə, biz onlara şərait yaradırıq. Həm müştəriləri itirməmək üçün, həm də bizim də bir iş adamı kimi borcumuzdur ki, həmin insanları o vəziyyətdən çıxaraq.

- Şirkət qaytarılmayan borcları necə toplayır? Hazırda mövcud olan məhkəmə praktikası bu borcları toplamaq üçün effektlidirmi?

- Bu borcların yığılması üçün məhkəmə variantı o qədər də təsirli deyil. Çünki məhkəməyə verəndə adamın ödəmə qabiliyyəti yoxdursa, yenə də isyədiyimiz nəticə olmur. Biz o halda məhkəməyə veririk ki, insan ümumiyyətlə kredit ödəməkdən imtina eləyir. Amma insan az-az da olsa ödəyəməyə hazırdırsa, biz onları məhkəməyə vermirik, çalışırıq ki, aramızda anlaşaq. Belə anlaşmalar da faiz etibarilə çox böyükdür. Ona görə də məhkəmə perspektivinə çox da ümid etmirik, çünki məhkəmədən geri dönüşlər 10-15 faiz civarındadır, amma insanlarla anlaşma ilə 90 faiz geri dönüş olur. 

- Problemli kreditlərin qarşısını əvvəlcədən almaq üçün satışlarda və ya müştərilər üçün hansısa yeni tələblər tətbiq edilə bilərmi?

- Biz müştərilərimizə yeni tələbi yalnız maliyyə vəziyyətinə, əmək haqqına və mövcud borcuna əsasən edirik. Əgər əmək haqqı borclarını qarşılaya bilirsə, biz o halda kreditləri verə bilirik. Əgər qarşılamırsa biz deyirik ki, borcları azalanda yenidən müraciət etsin.

- Əhəd müəllim, son vaxtlar çoxsaylı şəbəkələr yaranıb və onlar artıq ənənəvi elektrnika malları ilə yanaşı, mebel, digər məişət əşyaları  hətta geyimlər satmağa başlayıblar. Bəs sizin məhsulların çeşidlərində hansı yenilik gözlənilir (məsələn, geyim, ev tekstili və ya avtomobil aksessuarları və sair)?

- Biz çalışırıq məhsullarımızın çeşidini öz seqmentimizə uyğun olaraq artıraq. Fikrimizcə burada çox böyük istifadə olunmayan resurslar var. Bir də müştəriyə xidmətimizi daha da artırmaq istəyirik.

Bilmirəm siz bizim reklamlarlan görmüsünüzmü, biz ölkədə yeganə şirkətik ki, Bakı-Sumqayıt ərazisi üzrə texnikanı 4 saata çatdırıb quraşdırıq. Nəzərə alırıq ki, pandemiyaya görə, müştərinin evinə 1 dəfə getmək lazımdır. Krediti də 15 dəqiqə ərzində rəsmiləşdiririk, yəni işimizlə belə standartlar gətiririk.

Yeri gəlmişkən, hazırda ən böyük biznes şəbəkə «Optimal Elektronika»ya məxsusdur - bizim təxminən 82 mağazamız var, biz bütün regionu əhatə eləyirik.

Bununla yanaşı, məhsul keyfiyyətində də uzun müddətli zəmanətlər vermək istəyirik, məsələn 5-7 illik. Müştərinin müəyyən qədər xərci olsa da, belə zəmanətlə keyfiyyət də qorunur, xidmətin səviyyəsini artırmaqla işimizi böyütmək istəyirik. Biz məhsulların çeşidlərini də artırıb ən keyfiyyətli məhsulları ölkəyə gətiririk. Biz bunlarla fərqlənirik və istəyirik ki, bu xidmətimizdə də digərlərindən fərqlənərək ölkənin hər yerində olaq. Hazırda istənilən filialımızdakı xidməti Bakıdakı xidmət səviyyəsinə çatdırmaq istəyirik. Məsələn, ölkə rayonlarına məhsulu 1 günə çatdırıb quraşdırırıq. Çalışırıq ki, o məsafələri də qısaldaq.

- Əhəd müəllim, Vergi Məcəlləsinə gələn ildən ediləcək dəyişikliklərə əsasən iri həcmli satışlar yalnız nağdsız qaydada həyata keçiriləcək. Yəni kartla və ya köçürmə ilə. Bu yeniliyə münasibətiniz necədir? Bu yenilik malların satışına, onların qiymətinə necə təsir edəcək?

- Yenilik məhsulların qiymətinə demək olar ki, təsir etməyəcək. Bu yeniliyi - nağdsız satışa keçidi alqışlayırıq. Artıq itkilər də az olacaq, nəzarət etmək də asanlaşacaq, yəni bu yenilik əslində bizi qane edir. Belə olanda insanları analiz etmək də rahat olacaq, onlara kredit vermək də asanlaşacaq, çünki müştərini də şəffaf şəkildə görəcəyik. Ona görə bu yenilik bizim işimizi yaxşılaşdıracaq. Düşünürəm ki, qısa vaxta ölkəmizdə də nağdsız alışlar 90%-ə çatacaq, eynilə inkişaf etmiş ölkələrdə olduğu kimi.

Banner
Banner
  • Optimal Elektronika
  • Şirkət
  • Əhəd Əsgərov
  • məhsullar
  • zəmanət
  • istiqraz
  • AzFinance İnvestisiya Şirkəti
Paylaş

Digər xəbərlər

“Nar”  ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində - LİDERDİR
İKT 29 Mart 2023
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində - LİDERDİR
Azərbaycanda 2100-dən artıq telefonun IMEI kodu - SAXTA ÇIXIB
İKT 29 Mart 2023
Azərbaycanda 2100-dən artıq telefonun IMEI kodu - SAXTA ÇIXIB
930 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 2130 IMEI koda - "KLON" STATUSU VERİLİB
İKT 29 Mart 2023
930 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 2130 IMEI koda - "KLON" STATUSU VERİLİB
“Apple” hissə-hissə ödəmə xidmətini - İŞƏ SALIB
İKT 29 Mart 2023
“Apple” hissə-hissə ödəmə xidmətini - İŞƏ SALIB
Azercell, Bakcell və Nar 2 ayda - 100 MİLYON DOLLAR QAZANIBLAR
İKT 29 Mart 2023
Azercell, Bakcell və Nar 2 ayda - 100 MİLYON DOLLAR QAZANIBLAR
"Bakcell"dən iPhone istifadəçilərinə - ŞAD XƏBƏR!
İKT 28 Mart 2023
"Bakcell"dən iPhone istifadəçilərinə - ŞAD XƏBƏR!
“Alibaba” biznesini - ALTI ŞİRKƏTƏ BÖLƏCƏK
İKT 28 Mart 2023
“Alibaba” biznesini - ALTI ŞİRKƏTƏ BÖLƏCƏK
"Apple" yeni "iPhone 15"də SİM kartlardan - İMTİNA EDƏCƏK
İKT 28 Mart 2023
"Apple" yeni "iPhone 15"də SİM kartlardan - İMTİNA EDƏCƏK
“Azərlotereya” ASC “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nın baş sponsoru olub
İKT 28 Mart 2023
“Azərlotereya” ASC “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nın baş sponsoru olub
"Azercell" "iPhone" istifadəçilərinə 5G şəbəkəsini sınaqdan keçirmək - İMKANI YARADIR
İKT 28 Mart 2023
"Azercell" "iPhone" istifadəçilərinə 5G şəbəkəsini sınaqdan keçirmək - İMKANI YARADIR
Sumqayıt Texnologiyalar Parkının nizamnamə kapitalı - 238 Mln. Manatı Keçib
İKT 27 Mart 2023
Sumqayıt Texnologiyalar Parkının nizamnamə kapitalı - 238 Mln. Manatı Keçib
İsveç MN əməkdaşlarına “TikTok”dan istifadəni - QADAĞAN EDİB
İKT 27 Mart 2023
İsveç MN əməkdaşlarına “TikTok”dan istifadəni - QADAĞAN EDİB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycan "Hell" enerji içkilərinin istehsalına investisiya yatırır - MÜQAVİLƏ İMZALANDI
    11:17 30 Mart 2023
  • Azərbaycanda idxalı qadağan edilən mallar barədə məlumatlar real vaxt rejimində ötürüləcək
    11:13 30 Mart 2023
  • Azərbaycanda vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi qaydası müəyyənləşir
    11:10 30 Mart 2023
  • Azərbaycanın tədiyə balansının qalığı - 3,1 DƏFƏ ARTIB
    11:07 30 Mart 2023
  • AMEA-da yoxlama zamanı 2 milyonluq yeyinti aşkarlandı - Tarixçi alim və həyat yoldaşının məhkəməsi
    10:59 30 Mart 2023
  • Azərbaycanın sığorta brokeri - BÖYÜK MƏNFƏƏT AÇIQLADI 
    10:54 30 Mart 2023
  • "Biz 2023-cü ilin daha çətin il olacağını gözləyirik"
    10:51 30 Mart 2023
  • Dəniz və Liman Agentliyi və ASCO hava ilə bağlı gəmilərə - XƏBƏRDARLIQ EDİB
    10:47 30 Mart 2023
  • Bu şirkətlərə uyğunluq sertifikatı qanunsuz verilib - DÖVLƏT XİDMƏTİ
    10:41 30 Mart 2023
  • O yolla Ermənistandan Qarabağa qanunsuz silah daşınırdı...
    10:30 30 Mart 2023
  • SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib
    10:23 30 Mart 2023
  • DYP-dən hava ilə bağlı sürücülərə - XƏBƏRDARLIQ
    10:16 30 Mart 2023
  • «AzRe»nin ödənişləri - KƏSKİN AZALDI – HESABAT  
    10:16 30 Mart 2023
  • “Gilan”nın daşınmaz əmlak şirkətlərindən birinin - RƏHBƏRİ DƏYİŞDİ
    10:10 30 Mart 2023
  • Dollar valyuta birjalarında ucuzlaşmaqda davam edir - InvestAZ TƏQDİM EDİR
    10:05 30 Mart 2023
  • Hakim yüksəklik, yollar, geniş sahələr nəzarətə götürülüb - MÜDAFİƏ NAZİRLİYİ
    09:52 30 Mart 2023
  • "Ceyhun-3” İstehsalat Kommersiya Firması - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:48 30 Mart 2023
  • Qanunsuz ev tikənlər su, qaz və işıqsız qalacaq - VİDEO
    09:43 30 Mart 2023
  • Yeni qərardan sonra xaricdən gətirilən avtomobillər – NƏ QƏDƏR BAHALAŞACAQ – HESABLAMA  
    09:42 30 Mart 2023
  • Mərkəzi Bankdan "Aabacus" MMC-yə 478 min manatlıq sifariş - TENDER NƏTİCƏSİ
    09:38 30 Mart 2023
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    09:29 30 Mart 2023
  • Şahdağ Turizm Mərkəzi - AUDİTOR SEÇİR
    09:28 30 Mart 2023
  • “Togg”un bu modelinin ilk sahibləri - AÇIQLANDI
    09:25 30 Mart 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:21 30 Mart 2023
  • "İlahə-96" İstehsal Kommersiya Müəssisəsi - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:20 30 Mart 2023
  • Azərbaycan nefti 81 dollara yaxınlaşdı - SON QİYMƏT
    09:19 30 Mart 2023
  • Tibbi sərfiyyat və tibbi ləvazimat mallarının alınması ilə bağlı - BÖYÜK TENDER ELANI
    09:18 30 Mart 2023
  • Prezident Administrasiyasında vətəndaş qəbulunun aprel - CƏDVƏLİ
    09:17 30 Mart 2023
  • Müdafiə Nazirliyi - TENDER ELAN ETDİ
    09:12 30 Mart 2023
  • Şəhərətrafı ərazilərdəki ucuz həyət evlərini almaq sərfəlidirmi?
    09:11 30 Mart 2023
  • Azərbaycan şirkəti səhmdarlarına - DİVİDEND VERƏCƏK
    09:09 30 Mart 2023
  • “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı - TƏXİRƏ SALINIB
    09:03 30 Mart 2023
  • "Fulloil” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    08:56 30 Mart 2023
  • Ordubad Rayon Mərkəzi Xəstəxanası - TENDER ELAN EDİR
    08:50 30 Mart 2023
  • 172 avtobus gecikir - SİYAHI
    08:46 30 Mart 2023
  • “Nobel Elektrik” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    08:42 30 Mart 2023
  • Tibbi avadanlıqların satın alınması ilə bağlı - BÖYÜK TENDER ELANI
    08:37 30 Mart 2023
  • Minatəmizləmə Agentliyi - TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
    08:32 30 Mart 2023
  • Xaricdən gətirilən işlənmiş avtomobillərlə bağlı  - YENİ QADAĞA - HÖKUMƏTDƏN QƏRAR
    20:53 29 Mart 2023
  • "Providence Doytch Limited" işçilər axtarır - MAAŞ 500-1000-1200-1500-2000-2500 MANAT - VAKANSİYALAR
    20:41 29 Mart 2023
  • "AccessBank" işçilər axtarır - VAKANSİYALAR
    20:31 29 Mart 2023
  • "Mazarina Trade Company" işçilər axtarır - MAAŞ 500-800-3000-4000 MAMAT - VAKANSİYALAR
    20:24 29 Mart 2023
  • "PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:18 29 Mart 2023
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:13 29 Mart 2023
  • SOCAR-da yaradılan yeni qurum işçi axtarır - VAKANSİYA
    20:10 29 Mart 2023
  • Azərbaycan şirkəti icraçı direktor axtarır - MAAŞ 4000-5000 MANAT- VAKANSİYA
    20:07 29 Mart 2023
  • "Bravo" işçilər axtarır - VAKANSİYALAR
    20:03 29 Mart 2023
  • Suvarma suyundan istifadəyə nəzarət artırılır – TAPŞIRIQLAR VERİLDİ, RAYONDA GENİŞ TOPLANTI
    18:39 29 Mart 2023
  • Səhiyyə işçiləri də güzəştli ipoteka krediti və sosial mənzil - ALA BİLƏR
    18:27 29 Mart 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    18:08 29 Mart 2023
  • İsraildə Azərbaycan səfirliyinin - AÇILIŞI OLDU
    18:02 29 Mart 2023
  • 2023-2025-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb
    17:58 29 Mart 2023
  • Qazprombank dünya mərkəzi banklarında əsas faiz dərəcələrinin artmasının Azərbaycan iqtisadiyyatına təsirindən danışıb
    17:53 29 Mart 2023
  • Bakıda əhali ərzaq, içki və tütün məhsullarına 3 milyard manata yaxın - PUL XƏRCLƏYİB
    17:48 29 Mart 2023
  • Piyadaların və sürücülərin - DİQQƏTİNƏ!
    17:32 29 Mart 2023
  • Hava ilə bağlı Xəzər dənizindəki gəmilərə - XƏBƏRDARLIQ EDİLDİ
    17:25 29 Mart 2023
  • "Bakı Fond Birjası"nda qeyri-ticarət saatları - MÜƏYYƏN EDİLİB
    17:22 29 Mart 2023
  • Bakıda restoranların dövriyyəsi - 30 FAİZ ARTIB
    17:16 29 Mart 2023
  • “Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində - LİDERDİR
    17:13 29 Mart 2023
  • "İntellekt" liseyinin direktoruna şiddətli töhmət verilib - Müavin işdən çıxarılıb
    17:11 29 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!