23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Optimal Elektronika" MMC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2001023590 dövlət qeydiyyat nömrəli, 2,5 milyon həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmıb.
Eləcə də bax: "Optimal Elektronika" 2,5 milyon manat borc alır- İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR
Birja-dan FED.az-a verilən məlumata görə, hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,5 milyon manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,5 milyon manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.