Hazırda dünyada maraqlı biznes ideyaları ilə heç kimi təəccübləndirmək mümkün deyil. Minlərlə diribaş sahibkar ilk baxışdan perspektivi olmayan sahələri gəlirli biznes layihəsinə çevirməyi bacarıb. Amma «Dude Perfect» əhvalatı bunların hamısından fərqlənir.
Adamlar sadəcə basketbol topunu zənbilə dəqiq atmaqla 100 milyonluq, gələcəkdə isə deyəsən, artıq milyard dollara yaxınlaşan biznesin əsasını qoyublar.
«Azad edilmiş ərazilərdə istənilən sahibkar çalışa bilər, hamını dəvət edirik» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, hər şey 2009-cu ildə bir neçə dostun, kollec yoldaşının onlardan birinin – Toni Teylorun bağına səfərinə və burada basketbol oynamaqları ilə başladı. Amma bu adi oyun deyildi, dostlar basketbol zənbilinə topu elə uzaqdan və elə vəziyyətlərdən atırdalır ki, buna peşəkarlar da həsəd apara bilərdilər. Onlar topu uzaqdan, arxaya, eləcə də evin damından atırdılar.
Dostlar bu atışlardan bir neçəsinin videosunu çəkib «Youtube»a yerləşdirəndə ağıllarına da gəlməzdi ki, böyük biznesə başlayırlar. Video dərhal viruslu oldu və indiyədək 30 milyona yaxın baxışı var. Onu hətta ABŞ-ın populyar telekanalları da göstərdi. Bu vəziyyət dostların xoşuna gəldi, onlar daha bir neçə video çəkməklə video gündəmi tamamilə dəyişdilər. Artıq bütün Amerika onları müzakirə edir, yeni videolarını gözləyirdi.
«Dude Perfect» qrupu 5 nəfərdən - Kori və Kobi Kotton əkizlərdən, Qarret Xilbertdən, Kodi Cons və Tayler Tonidən ibarətdir.
Dostlar basketbolla kifayətlənmədilər, növbəti videolardan biri reqbi topunu hərəkət edən maşına atmaq oldu, daha bir milyonlarla baxışı olan video yayıldı. 2014-cü ildə isə Braziliyadakı Futbol üzrə dünya çempionatına qatılan dostlar yerli «futbol sehrbazları»na topla necə davranmaq dərsi keçdilər – təbii ki videoya çəkməklə.
2015-ci ildə isə onlar öz şoularına məşhur idmançıları, o cümləən NBA ulduzları olan Kris Pol və Aaron Rocersi də cəlb elidələr.
Hazırda «Dude Perfect» baş ofisi Texas ştatında Frisko şəhərində olan media-idman qrupudur. Onların Youtube-dəki kanalının 53 izləyicisi var. Bu dünyanın ən populyar idman kanalı və ümumiyyətlə ən məşhur 18-ci kanalı sayılır. «Dude Perfect»in YouTube-da daha iki kanalı var- «Dude Perfect Plus» və «Dude Perfect Gaming».
Bundan başqa, «Dude Perfect» özünün mobil oyununu və çoxsaylı oyun seriallarını buraxıb. Burada dostlar bir-biri ilə qeyri adi qaydalarla yarışır, maraqlı rekordlar vurur və bunları çəkib dünyaya yayırlar. 2016-cı ildə «Dude Perfect» İngiltərədə «Mançester Siti», « Arsenal» və «Çelsi» oyunçuları ilə videolar çəkdi. 2019-cu ildə onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas təyyarədaşıyan gəmisi olan «USS Nimitz»in göyərəsində topla oyundan çıxırdılar.
Pulsuz mobil tətbiqdən sonra bu qrup haqqında kitab yazıldı və verilişər çəkilməyə başladı. Qrupun üzvləri komplekssizdirlər - onlar hətta iki dəfə konsert turnesinə də çıxıblar. 2020-ci ildə isə yeni peçenye dadını təqdim etdilər.
Amma qrupa ən çox pul gətirən onların topla oyunları və rekordları olan videolar idi. Onlar basketbol topunu uzaqdan atmaq üzrə Ginnesin onlarla rekordunu təzələyiblər. 66 metr hündürlükdən və 45 məter kənardan atılan top rəsmi qeydə alınıb.
Oturaq vəziyyətdə ən uzaq atış, bağlı gözlərlə ən uzaq atış, ayaqyalın gəzməklə ən uzun səyahət, pinq-ponq oyununda çoxsaylı şarlarla hərəkət və sair.
2020-ci ildə onlar çimərlik futbolunda başla otürmələrin sayına görə rekord vurdular, daha sonra lövhəyə ən çox düymə yapışdırmaq, ən çox yumurta sındırmaq, bir əllə ən çox pivə bankası açmaq kimi qeyri-ciddi rekordları təzələdilər.Qəribə götünə bilər, amma bu rekordlar dostlara çoxsaylı baxışlar, şöhrət və böyük pullar gətirib və bu proses indi də davam edir.
Bundan başqa, qrup çoxsaylı geyim və qida şiruətləri ilə əməkdaşlıq edir.
Başqa sözlə, «Dude Perfect» maraqlı basketbol atışlarını əla brendə və gəlirli biznesə çevirməyi bacarıb. Hazırda onların qeyri-aid oyunlar və tryuklarla dolu vidolarına 15 milyard baxış var.
Təkcə 2022-ci ildə «Dude Perfect»in gəlirləri 21 milyon dollar olub, 2020-ci ildə isə bu rəqəm 20 milyon idi.
İndi isə qrupun növbəti tryuku – 100 milyon dollarlıq tematik parkın icarəyə götürülməsi və robot qapıçıları və maraqlı basketbol yenilikləri olan idman meydançasının qurulmasıdır. İşə düşdükdən sonra bu parkı ildə azı milyon nəfər ziyarət etməlidir.