Azərbaycanda son dövrlər sürətlə populyarlaşan «Tik-Tok» sosial şəbəkəsində baş verənlər, şəbəkənin ölkədəki nüfuzuna ciddi təsir edib.
FED.az xəbər verir ki, aparılan yeni araşdırma göstərib ki, əhalinin böyük hissəsi «Tik-Tok»un bağlanmasını və ya fəaliyyətinin məhdudlaşdırılmasını istəyir.
«Miss Excel» - «Tik-tok»da insanlara Excel öyrətməklə - MİLYONLAR QAZANIR
Strateji Tədqiqatlar Mərkəzi tərəfindən ölkə üzrə gənclər arasında keçirilmiş sorğular da "TikTok"un ən çox istifadə edilən üç platformadan biri olduğunu aşkar edib.
Bununla belə, dünyada bir milyarddan çox istifadəçiyə malik bu sosial media platformasının təhlükəsizlik riskləri və digər səbəblərdən bir sıra ölkələrdə məhdudlaşdırılma tendensiyası müşahidə olunur.
Azərbaycanda da gənclərin, yeniyetmələrin formalaşmasına mənfi təsir edən video kontentlərin paylaşılması, etik prinsiplərin və milli dəyərlərin gözlənilməməsi səbəbindən sözügedən media platformasına məhdudiyyətlərin tətbiqi vaxtaşırı ictimai gündəm yaradıb. Buradan irəli gələrək, STM tərəfindən keçirilən sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe öyrənilib. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 74,9%-i, yəni hər 4 nəfərdən 3-ü "TikTok" sosial media platformasına məhdudiyyətlərin tətbiq edilməli olduğunu ifadə edib. Sorğuda iştirak edənlərin 21,2% məhdudiyyətləri dəstəkləmədiyini bildirib, 3,9% fikir bildirməkdə çətinlik çəkib.
Respondentlərin bu barədə rəylərində əsas fərq yaş qrupları üzrə qeydə alınıb. Belə ki, sorğuda iştirak edən gənclərin əksəriyyəti, hər 3 nəfərdən 2-si bildirib ki, «Tik Tok»a məhdudiyyət qoyulmasını dəstəkləmir.
Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, ölkənin 12 iqtisadi rayonunda 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
"Tik-Tok"da “jeton satanlar”ı böyük maliyyə sanksiyaları gözləyir"