2021-ci ildə «tiktoker»lərin gəlirləri ABŞ-ın ən böyük şirkətlərinin rəhbərlərindən daha artıq olub.
İt gəzdirməklə 200 min dollar qazananlar – UĞURLU HEYVAN BİZNESİ
FED.az xəbər verir ki, TikTokda ən məşhur olan, sayı 10-a da çatmayan bloggerlər - hansı ki, yaşları 25-dən aşağıdır - 2021-ci ildə 55,5 milyon dollar qazanıblar.
«Forbes» jurnalının məlumatına görə, TikTok-da hamıdan çox pul qazanan, ABŞ-dan olan 17 yaşlı Çarli D'Amelio olub – 17,5 milyon dollar. Konnektikut ştatından olan Çarli özünün qısa rəqs videoları ilə məşhurlaşıb. Hazırda onun TikTokda 133 milyon, eləcə də Instagram, YouTube və Twitter-də çoxmilyonluq auditoriyası var. Tik-Tok-da ikinci yeri onun 20 yaşlı bacısı Diksi D'Amelio tutur – o il ərzində 10 milyon dollar qazanıb.
Beləlikdə, Çarli D'Amelio il ərzində ABŞ-ın ən böyük 500 şirkətinin rəhbərlərinin orta gəlirindən daha çox gəlir əldə edib.
O cümlədən rəqs edən qız TikTok-da qazandığı gəlirlərinin həcminə görə, ABŞ-ın neft nəhəngi olan «ExxonMobile»nin baş direktoru Darren Vuds (2021-ci ildə 15,6 milyon dollar qazanıb, bonusları, səhm və opsion formasında verilən mükafatları, güzəştləri və sairi nəzərə almaqla), «Starbucks» kofe şəbəkəsinin rəhbəri Kevin Conson (14,7 milyon dollar), «Delta Air Lines» aviaşirkətinin rəhbəri Ed Bastian (13,1 milyon dollar) və «McDonald's»in rəhbəri Kris Kempçinskini (10,8 milyon dollar) qabaqlayıb.
«Forbes»in siyahısında olan başqa «TikTok» ulduzlarının gəlirləri D'Amelio bacılarının gəlirlərindən aşağıdır, amma yenə də çox yüksəkdir. Məsələn, amerikalı müğənni və rəqqas Eddison Rey (21 yaş) – hansı ki, əvvəllər ən çox qazanan tiktoker idi – indi 8,5 milyon dollar gəlirlə 3-cü yerdədir.
Xatırladaq ki, Çinin ByteDance şirkətin tərəfindən 2016-cı ildə işə düşən TikTok şəbəkəsinin hazırda 1 milyard izləyicisi var.
Tik-Tok ən çox Cənub-Şərqi Asiy ada, Şimali və Cənubi Amerikada (daha dəqiqi ABŞ, İndoneziya və Braziliyada) populyardır.
Tiktok auditoriyasının yarıdan çoxu qadınlar, 30%-dən çoxu 19-29yaşlı gənclərdir.
TikTokda milyonlarla izləyicisi olan blogerin bir reklam paylaşımına görə gəliri 500 min dollara çata bilər.