ABŞ prezidenti Doqnald Trampın başladığı «tarif müharibəsi» təkcə xarici ölkələrə və şirkətlərə deyil, ABŞ-ın öz şirkətlərinə də problemlər yaratmağa başlayıb.
"iPhone" almaqdansa, "Apple"in ucuzlaşmış səhmini al! - ŞİRKƏTLƏR, QİYMƏTLƏR, SİYAHI
FED.az xəbər verir ki, xüsusilə məhsulları xaricdə istehsal edilən ABŞ şirkətləri problemlə üzləşiblər – ABŞ-ın xarici mallarına tətbiq edilən yeni tarifləri onların məhsullarına da aiddir.
Trampın tarifləri "Apple"ı silkələdi - iPhone QİYMƏTLƏRİ QALXACAQ
Belə vəziyyətdə zərərlə üzləşməmək üçün şirkətlər bəzən qeyri-adi üsullara əl atmalı olurlar.
Belə ki, «Apple» şirkəti Hindistanda istehsal etmiş olduğu yeni «iPhone»ları yeni tariflərin qüvvəyə minməsinə, necə deyərlər ABŞ-da gömrük «qapılarının bağlanmasına» qədər, ABŞ-a çatdırmaq üçün həmin telefonları ABŞ-a təyyarə ilə göndərib.
Şirkət ümumi çəkisi 600 ton olan 1,5 milyon ədəd olan «iPhone»nu təcili şəkildə yük təyyarələri ilə ABŞ-a daşıyıb.
FED.az biznes və maliyyə xəbərləri portalı «Reuters»ə istinadən xəbər verir ki, «iPhone»ları təcili ABŞ-a çatdırmağa çalışan Apple şirkəti hətta bunun üçün hindistanlılarla danışıb, gömrük prosedurlarını da masimum sadələşdirib ki, buna vaxt itirməsin.
Belə ki, Hindistanın Tamilnad ştatındakı Çennai aeroportunda adətən adi qaydada 30 saat çəkən gömrük proseduru 6 saata endirilib. Nəticədə aeroportda Apple üçün bəzi Çin aeroportlarda olduğu kimi, «yaşıl dəhliz» yaradılıb.
Nətcədə yeni «iPhone»lar Trampın tətbiq etdiyi yüksək tariflər tətbiq edilmədən ABŞ-a gətirilib.
Xatırladaq ki, ABŞ Çində istehsal olunan mallara 125%, Hindistanda istiehsal olunan mallara isə 26% yeni tarif tətbiq edib.
Ekspertlərin fikrincə, yüksək tariflər ABŞ-da «iPhone»ların da qiymətini kəskin artıra bilər. «Apple» hər il Amerika bazarında 220 milyon ədəd «iPhone» satır. Yeni tariflər tətbiq edilsə, «iPhone»un qiyməti $3500 dollara yüksələ bilər.
Hazırda ABŞ-a göndərilən «iPhone»ların 20%-i Hindistandakı zavodlarda istehsal edilir. Telefonların daha böyük hissəsi Çində istehsal olunur.