Apple səhmləri ardıcıl üçüncü gündür kəskin ucuzlaşıb.
Səhm bazarı yellənir, Buffett yelləncəkdə rahatdır - SƏHMLƏR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, səhm satışları şirkətin bazar dəyərinin 638 milyard dollar azalmasına səbəb olub. Ekspertlər bildirir ki, bu vəziyyətin əsas səbəbi Prezident Donald Trampın Çindən gətirilən mallara tətbiq etdiyi yüksək gömrük rüsumlarıdır.
Apple, istehsalının böyük hissəsini Çində həyata keçirdiyinə görə ticarət müharibəsinə ən çox məruz qalan şirkətlərdən biri hesab olunur. Hərçənd şirkətin Hindistan, Tailand və Vyetnamda da zavodları var, amma bu ölkələr də Trampın planına daxil olaraq yeni tariflərlə üzləşəcək. Bu da Apple-ın alternativlərinin çox da əlverişli olmadığını göstərir.
Analitiklər Apple-ın ya qiymətləri artırmalı, ya da əlavə tarif xərclərini özü ödəməli olduğunu bildirir. UBS analitiklərinin hesablamalarına görə, Apple-ın ən bahalı iPhone modelinin qiyməti 30% – yəni təxminən 350 dollar – arta bilər. Barclays analitiki Tim Long isə bildirir ki, Apple əgər qiymətləri artırmasa, gəlirlərində 15%-ə qədər azalma ola bilər. Apple isə bu məsələyə rəsmi münasibət bildirməkdən imtina edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.