Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə yeni qaydalar tətbiq ediləcək. Korrupsiya cinayətlərinə nəzarətin sahəsi artacaq, iş yerlərində korrupsiyanın aşkar edilməsi üçün yeni mexanizmlər quralacaq, korrupsiya barədə məlumat verən işçilər isə daha yaxşı qorunacaq.
-
Rüşvət almağa razılaşmaq da cinayət sayılacaq, xəbər verən işçini dövlət qoruyacaq, yoxlamalar artacaq - YENİ QANUN, DETALLAR
-
Korrupsiya barədə məlumat verən işçiləri dövlət qoruyacaq
FED.az xəbər verir ki, bütün bunlar “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib təsdiqlənib və onun dövlət başçısı tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Məlumata görə maraqlı yeniliklərdən biri korrupsiya anlayışının özünün dəqiqləşdirilməsidir. İndiyədək olan qanundakı anlayışdan məlum olurdu ki, korrupsiya o zaman baş vermiş sayılır ki, vəzifəli şəxs kimdənsə, rüşvət, maddi və sair nemətlər və ya imtiyaz almış olsun. İndi isə qanuna edilən dəyişikliyə görə, vəzifəli şəxsin təkcə rüşvəti alması deyil, bu barədə təklifi və ya vədi qəbul etməsi də korrupsiya sayılacaq. Yəni vəzifəli şəxs üçün korrupsiya sayvlan hallar artacaq.
Oxşar dəyişiklik rüşvəti təklif edən şəxslərə də aiddir. Əvvəllər fiziki şəxslər tərəfindən korrupsiyaya yol vermək o halda sayılardı ki, onlar maddi və sair nemətlər və ya hansısa imtiyazları vəzifəli şəxslərə təklif edərək onları ələ almış olsunlar - yəni bu vədlərdən sonra vəzifəli şəxs korrupsiyaya yol vermiş olsun.
İndi isə fiziki və ya hüquqi şəxsin vəzifəli şəxsə təkcə rüşvət verməsi deyil, onu vəd etməsi də korrupsiya sayalacaq. Bir sözlə, indiyədək yalnız hərəkət korrupsiya sayılırdısa, indi bununla bağlı vəd vermək və ya vədi qəbul etmək də cinayətdir.