Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə yeni qaydalar tətbiq ediləcək. Korrupsiya cinayətlərinə nəzarətin sahəsi artacaq, iş yerlərində korrupsiyanın aşkar edilməsi üçün yeni mexanizmlər quralacaq, korrupsiya barədə məlumat verən işçilər isə daha yaxşı qorunacaq.
- İdarə və təşkilatlarda korrupsiya şöbələri - YARADILACAQ
- Rüşvət almağa razılaşmaq da cinayət sayılacaq, xəbər verən işçini dövlət qoruyacaq, yoxlamalar artacaq - YENİ QANUN, DETALLAR
FED.az xəbər verir ki, bütün bunlar “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib təsdiqlənib və onun dövlət başçısı tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Ən maraqlı yenilik korrupsiya barədə araşdırmaların nə zaman başlanması haqqındadır. Qanuna əlavə edilən dəyişikliyə əsasən, korrupsiya riskləri araşdırılarkən məlumatlar müxtəlif mənbələrdən toplanır. Bura hüquqi və fiziki şəxslər arasında keçirilən sorğuların nəticələri, korrupsiya halları barədə daxil olan müraciətlər aiddir.
Eləcə də mediada, həmçinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılan informasiyalar da korrupsiya araşdırması üçün əsas sayılacaq.
Başqa sözlə, nəinki mediada, eyni zamanda sosial şəbəkələrdə də sayılan məlumatlar korrupsiya araşdırması üçün əsas sayılacaq.