Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə yeni qaydalar tətbiq ediləcək. Korrupsiya cinayətlərinə nəzarətin sahəsi artacaq, iş yerlərində korrupsiyanın aşkar edilməsi üçün yeni mexanizmlər quralacaq, korrupsiya barədə məlumat verən işçilər isə daha yaxşı qorunacaq.
-
Rüşvət almağa razılaşmaq da cinayət sayılacaq, xəbər verən işçini dövlət qoruyacaq, yoxlamalar artacaq - YENİ QANUN, DETALLAR
-
Rüşvət almaq deyil, buna razılıq vermək də - CİNAYƏT SAYILACAQ - YENİ QANUN, DETALLAR
FED.az xəbər verir ki, bütün bunlar “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib təsdiqlənib və onun dövlət başçısı tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Məlumata görə maraqlı yeniliklərdən biri yeni anlayışların əlavə edilməsidir. Bura korrupsiya riski, korrupsiya risklərinin idarə edilməsi və səlahiyyətli struktur bölmə (şəxs) kimi anlayışlar aiddir.
Xüsusilə maraq doğuran məsələ səlahiyyətli struktur bölmə (şəxs) anlayışıdır. Qanundakı əsas yenilikdə bununla bağlıdır. Qanuna əsasən dövlət qurumlarında (o cümlədən bələdiyyələrdə və dövlət şirkətlərində) yeni bölmə yaradılacaq. Bu bölmə idarədə korrupsiya barədə məlumatları toplayacaq, onları araşdıracaq, iş yerində korrupsiyaya şərait yarada bilən halları, maraqların toqquşması və sair məsələlərlə bağlı məsləhət verəcək.
Qanunda deyilir ki, yeni korrupsiya ilə məşğul olacaq bölmə öz işini səmərəli görmək və ona qunansuz müdaxilə olmaması üçün kifayət qədər müstəqil qurum olmalıdırvə yalnız təşukilatın rəhbərinə tabe olmalıdır.
«Korrupsiyaya qarşü mübarizə haqqında» qanuna edilən əsas dəyişikliklərdən biri korrupsiya risklərinin idarə edilməsi ilə bağlıdır. Bunun üçün qanuna ayrıca 8-1 maddə əlavə edilib. Bu maddəyə əsasən, həm bir qurumda yanvarın 15-dən aprelin 15-dək əvvəlki il üzrə korrupsiya riskləri araşdırılır. Korrupstya ilə bağlı daha çox müraciət edilən orqanlarda araşdırma aparılır.