Dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydaları hazırlanacaq.
- İdarə və təşkilatlarda korrupsiya şöbələri - YARADILACAQ
- Rüşvət almağa razılaşmaq da cinayət sayılacaq, xəbər verən işçini dövlət qoruyacaq, yoxlamalar artacaq - YENİ QANUN, DETALLAR
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.