“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.
DTX Gömrük Komitəsindəki əməliyyatla bağlı - AÇIQLAMA YAYDI
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
DTX: Gömrük Komitəsinin generalı - ƏSGƏRLƏRƏ GÖNDƏRİLƏN SİQARETLƏRİ SATIRMIŞ
O, külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.
Azərbaycanda daha bir general - SAXLANILDI
Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən ay DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilib. Bu əməliyyatlarda 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürülüb.