Türkiyədə Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələ Suriyada da güclü hiss olunub. Hələb, Həma və Latakiyada ( Lazkiye) azı 42 nəfərin öldüyü, 200 nəfərin yaralandığı açıqlanıb.
Türkiyədə güclü zəlzələ baş verib, böyük dağıntılar və - ÖLƏNLƏR VAR - YENİLƏNİR - VİDEO
FED.az xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də baş verən 7,4 bal gücündə zəlzələ Misir, Livan, Suriya və İraqda da güclü hiss olunub.
Zəlzələ Suriyanın paytaxtı Dəməşq, Latakiya, Hələb və ölkənin şimalındakı bir çox bölgədə güclü hiss olunub.
Suriya dövlət mediasının məlumatına görə, Hələb, Həma və Latakiyada baş verən zəlzələ nəticəsində azı 42 nəfər ölüb. Həmçinin 200-dən çox insan yaralanıb. (Marja)