Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss edilən zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm.
FED.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın tviter sosial şəbəkəsində paylaşımında deyilir.
“Fövqəladə Halların İdarə Olunması Agentliyinin koordinasiyası ilə bütün aidiyyəti bölmələrimiz həyəcan vəziyyətindədir. Axtarış-xilasetmə qruplarımız zəlzələdən zərər çəkmiş ərazilərə dərhal göndərilib. Daxili İşlər və Səhiyyə nazirliklərimiz, Fövqəladə Halların İdarə Olunması Agentliyi, valiliklər və digər qurumlar sürətlə işə başlayıb. Ümid edirəm ki, hamımız bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq. Biz işimizi davam etdiririk”, - deyə Prezident bildirib.
08.45
Türkiyədə cənub-şərqində baş verən güclü zəlzələdən sonra ən yüksək həyacan səviyyəsi elan edilib.
Bunu daxili işlər naziri Süleyman Soylu deyib.
“Fövqəladə Hallar İdarəsi ilə birlikdə bölgələrə xilasedicilər göndərmişik. Zəlzələdən ən çox zərər çəkən şəhərlər Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniyə, Malatya və Adıyamandır. Yeraltı təkanlar, həmçinin Ankara və Kayseridə də hiss edilib”, - deyə S.Soylu qeyd edib.
08.45
Son məlumata görə, zəlzələ nəticəsində Malatyada 23 ölü, 420 yaralı, Şanlıurfada 18 ölü, 67 yaralı, Diyarbakırda 6 ölü, 79 yaralı, Osmaniyedə isə 5 ölü var.
08.15
Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə saat 05:26-da baş verib.
Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.
Bundan əlavə, “Əl Ərəbiyyə” telekanalı yeraltı təkanlar İraq və Livanın bəzi bölgələrində də hiss olunduğunu bildirib.
07.38
Türkiyənin Malatya şəhərində 130 bina dağılıb.
“Anadolu” Agentliyi xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin deyib.
“100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - deyə şəhərin valisi qeyd edib.
05.40
Türkiyədə Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub.
FED.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.
Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub. Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.