Yeni İl ərəfəsində Azərbaycana gələn turistlər arasında ərəblər üstünlük təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov məlumat verib.
Eləcə də bax: Azərbaycanda 2000 xarici və yerli turist - YENİ İLİ BU ŞƏHƏRDƏ QARŞILAYIB
Onun sözlərinə görə, Yeni İl ərəfəsində ərəb turistlərin ölkəyə daha çox gəlişi müşahidə edilib: “Ümid edirəm ki, yaxın gələcəkdə digər ölkələrdən də turistlərin Azərbaycana gəlişində artım görərik. Bununla yanaşı, 2020-ci il üçün Azərbaycanın turizm bazarında əsas prioritet Asiya və Avropa ölkələri təşkil edəcək”.
Eləcə də bax: Hansı sərfəlidir "Şahdağ" yoxsa "Tufandağ" - QİYMƏTLƏR
N.Bağırov vurğulayıb ki, 2019-cu ildə turist sayı 3 milyonu ötüb.