Bakının Ziya Bünyadov prospektində yanğın baş verən ərazidəki obyektlərin yaxın vaxtlarda köçürülməsi planlaşdırılırmış.
Ziya Bünyadov prospektində obyektdə yanğın başlayıb, yolda sıxlıq yaranıb - VİDEO
Dərnəgüldə yanan obyekt tikinti materialları mağazasıdır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ərazidə olan mağaza sahibləri məlumat veriblər.
Sahibkarların sözlərinə görə, bir neçə ay əvvəl mağaza sahibləri ilə bu barədə danışıqlar aparılıb, ərazidəki obyektlərin qiymətləndirilməsi ilə bağlı işlər başlanılıb.
Lakin müəyyən səbəblərə görə köçürülmə prosesi gecikib: "Gəlib danışılmışdı, mağazaların qarşısına köçürülmə ilə bağlı işarələr vurulmuşdu. Amma sonradan söhbət uzandı".
Sahibkarlar bildirirlər ki, yanğın nəticəsində mağazalar və anbarda olan materiallar yanıb, sahibkarlara 1 milyon manata yaxın ziyan dəyib. (Oxu.Az)










