Bu gün Bakının Nizami Rayonunda yanan “Diqlas” ticarət mərkəzinin sabiq MTN şefi Eldar Mahmudova məxsus olması barədə mediada səslənən fikirlər rəsmən təsdqilənib.
FED.az xəbər verir ki, Gununsesi.org-nin yazdığına görə, vergi sistemində adıçəkilən ticarət mərkəzinin sabiq nazirin oğlu Anar Mahmudova məxsus olmasına dair məlumat üzə çıxıb.
3 mart 2010-cu ildə qeydiyyata alınan obyektin sənədində təsisçi və qanuni təmsilçi olaraq Mahmudov Anar Eldar oğlunun adı göstərilir.
Eləcə də bax: "50 min manatlıq malım yandı" - "DİQLAS"DAKI MAĞAZA SAHİBİ