FED.az xəbər verir ki, "Diqlas" ticarət mərkəzində mağazası olan, adının çəkilməsini istəməyən sahibkar BBC News Azərbaycancaya içəridə mallarının yanması barədə danışıb.
"50 min manatlıq malım yandı içəridə" deyən mağaza sahibinin sözlərinə görə, 10 ildir "Diqlas"da mağaza işlədir və mallarının sığortası yoxdur.
"Bu barədə heç vaxt düşünməmişik. Başa salan da olmayıb ki, yanıb eləsə zərərimiz ödənməyəcək".
Sahibkar deyir ki, iş saatı səhər saat 10 radələrində başlayır. İşə gələndə isə binada yanğın olduğunu görüblər. "Hələ ki, bilmirik yanğının səbəbi nədir", o deyir.
Müsahibimiz deyir ki, hər mağazada azı 2-3 nəfər işləyirdi: "Ticarət mərkəzində hər şey: pal-paltar, ayaqqabı, tikinti materiallaı satırlırdı. Səhərdən burdayıq, heç bilmirik ki, necə olacaq", sahibkar əlavə edib.Təxminən 1000 kv metr ərazidə yerləşən 4 mərtəbəli "Diqlas" ticarət mərkəzində yüzlərlə mağaza olub.